Site uses cookies to provide basic functionality.

OK
GALATIANS
1 2 3 4 5 6
Prev Up Next
Chapter 6
Gala Northern 6:1  Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver.
Gala Northern 6:2  Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
Gala Northern 6:3  Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır.
Gala Northern 6:4  Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək.
Gala Northern 6:5  Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır.
Gala Northern 6:6  Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.
Gala Northern 6:7  Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək.
Gala Northern 6:8  Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək.
Gala Northern 6:9  Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
Gala Northern 6:10  Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
Gala Northern 6:11  Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!
Gala Northern 6:12  Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər.
Gala Northern 6:13  Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər.
Gala Northern 6:14  Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.
Gala Northern 6:15  Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.
Gala Northern 6:16  Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.
Gala Northern 6:17  Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram.
Gala Northern 6:18  Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin.