Site uses cookies to provide basic functionality.

OK
GALATIANS
1 2 3 4 5 6
Prev Up Next Toggle notes
Chapter 1
Gala Northern 1:1  Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan
Gala Northern 1:2  və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam!
Gala Northern 1:3  Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Gala Northern 1:4  Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın.
Gala Northern 1:6  Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz.
Gala Northern 1:7  Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır.
Gala Northern 1:8  Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!
Gala Northern 1:9  Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun!
Gala Northern 1:10  İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım.
Gala Northern 1:11  Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil.
Gala Northern 1:12  Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı.
Gala Northern 1:13  Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım.
Gala Northern 1:14  Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim.
Gala Northern 1:15  Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah
Gala Northern 1:16  Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim.
Gala Northern 1:17  Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım.
Gala Northern 1:18  Üç il keçəndən sonra isə Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım.
Gala Northern 1:19  O biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm.
Gala Northern 1:20  Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm.
Gala Northern 1:22  Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar.
Gala Northern 1:23  Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir».
Gala Northern 1:24  Beləliklə, mənə görə Allahı izzətləndirirdilər.