Site uses cookies to provide basic functionality.

OK
GALATIANS
1 2 3 4 5 6
Prev Up Next
Chapter 4
Gala Northern 4:1  Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir.
Gala Northern 4:2  O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır.
Gala Northern 4:3  Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik.
Gala Northern 4:4  Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki,
Gala Northern 4:5  Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.
Gala Northern 4:6  Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi.
Gala Northern 4:7  Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
Gala Northern 4:8  Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.
Gala Northern 4:9  İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz?
Gala Northern 4:10  Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz!
Gala Northern 4:11  Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.
Gala Northern 4:12  Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz.
Gala Northern 4:13  Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim.
Gala Northern 4:14  Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz.
Gala Northern 4:15  İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz.
Gala Northern 4:16  Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?
Gala Northern 4:17  Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər.
Gala Northern 4:18  Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun.
Gala Northern 4:19  Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.
Gala Northern 4:20  İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
Gala Northern 4:21  Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi?
Gala Northern 4:22  İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu.
Gala Northern 4:23  Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.
Gala Northern 4:24  Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.
Gala Northern 4:25  Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir.
Gala Northern 4:26  Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır.
Gala Northern 4:27  Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, qışqır, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çoxdur».
Gala Northern 4:28  Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız.
Gala Northern 4:29  Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir.
Gala Northern 4:30  Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq».
Gala Northern 4:31  Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.