EZEKIEL
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
Chapter 19
Ezek | Northern | 19:2 | “Sənin anan nə idi? Şirlər arasında dişi bir şir! O, cavan aslanların içində yatardı, Balalarını bəsləyərdi. | |
Ezek | Northern | 19:3 | O, balalarından birini böyütdü, Bala cavan bir şir oldu. Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı. | |
Ezek | Northern | 19:4 | Millətlər onun xəbərini eşitdi, Bu şir onların quyusuna düşüb ələ keçdi. Burnuna halqa taxıb onu Misir torpağına gətirdilər. | |
Ezek | Northern | 19:5 | Dişi şir boş yerə gözlədiyini, Ümid qalmadığını görəndə Balalarından birini götürüb Cavan bir şir etdi. | |
Ezek | Northern | 19:6 | Bu bala şirlər arasında gəzirdi. O da cavan bir şir olub Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı. | |
Ezek | Northern | 19:7 | Onların qəsrlərini dağıtdı, Şəhərlərini viran etdi. Bu şirin nərə səsindən Ölkə və onun əhalisi dəhşət içində idi. | |
Ezek | Northern | 19:8 | Ətraf ölkələrin millətləri Onun üstünə gəldi, Öz torlarını üzərinə atdı, Bu şir onların quyusuna düşüb ələ keçdi. | |
Ezek | Northern | 19:9 | Onun burnuna halqa taxıb qəfəsə saldılar. Onu Babil padşahının yanına gətirdilər. Sonra qalaya saldılar ki, İsrail dağları üzərində Bir daha səsi eşidilməsin. | |
Ezek | Northern | 19:10 | Sənin anan da çay kənarındakı bağında Əkilmiş bir üzüm tənəyi kimi idi. Bol sulardan bəhərli oldu, Çoxlu qol-budaq verdi. | |
Ezek | Northern | 19:11 | Onun budaqları Padşah əsası olacaq qədər gücləndi, Boyu hündür ağaclara qədər ucaldı, Onun çoxlu budaqları ilə Hündürlüyü görünürdü. | |
Ezek | Northern | 19:12 | Ancaq onu qəzəblə Kökündən çıxarıb yerə atdılar, Şərq küləyi onun meyvəsini qurutdu, Möhkəm budaqları qoparıldı, Onlar qurudu, Onları od yandırıb-yaxdı. | |