EZEKIEL
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
Chapter 21
Ezek | Northern | 21:2 | «Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et. | |
Ezek | Northern | 21:3 | Sən İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam. | |
Ezek | Northern | 21:4 | Sənin içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim qılıncım cənubdan şimaladək ərazidə yaşayan bütün bəşərin üzərinə enmək üçün qınından çıxacaq. | |
Ezek | Northern | 21:5 | Onda bütün bəşər biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”. | |
Ezek | Northern | 21:6 | İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək. | |
Ezek | Northern | 21:7 | Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir». | |
Ezek | Northern | 21:9 | «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir: “Söylə ki, qılınc, qılınc İtilənib, cilalanıb. | |
Ezek | Northern | 21:10 | Öldürmək üçün itilənib, Şimşək kimi çaxsın deyə cilalanıb. Necə sevinə bilərik? Qılınc oğlumun əsasına Hər hansı bir əl ağacı kimi xor baxdı. | |
Ezek | Northern | 21:11 | Qılınc əldə tutulmaq üçün Cilalanmağa verildi. Öldürənin əlinə verilsin deyə İtilənib cilalandı. | |
Ezek | Northern | 21:12 | Ey bəşər oğlu, fəryad edib ağla. Çünki bu qılınc xalqıma və Bütün İsrail rəhbərlərinə qarşı qalxıb. Onlar xalqımla birgə Qılınca təslim edildi. Bunun üçün sinə döy”. | |
Ezek | Northern | 21:13 | Xudavənd Rəbb bəyan edir: “Qarşıda sınaq var. Qılıncın xor baxdığı əsa Daha salamat qalmazsa, nə olar? | |
Ezek | Northern | 21:14 | Sən ey bəşər oğlu, peyğəmbərlik et, Əllərini bir-birinə vur. Qoy qılınc iki, üç dəfə vursun. O öldürən bir qılıncdır, Çoxlu adam qıran, İnsanı hər tərəfdən saran qılıncdır. | |
Ezek | Northern | 21:15 | Onların ürəyi ərisin, Yerə sərilənlər çox olsun deyə Bütün darvazalarında qırğın qılıncı qoydum. Ah, o, şimşək kimi parıldadı, Öldürmək üçün siyrildi. | |
Ezek | Northern | 21:16 | Ey qılınc, sağa-sola dönüb kəs, Sağa dön, sola dön, Üzün hara çevrilsə, ora get. | |
Ezek | Northern | 21:17 | Mən də əllərimi bir-birinə vuracağam, Beləcə qəzəbimi yatırdacağam. Bunu Mən Rəbb söylədim”». | |
Ezek | Northern | 21:19 | «Sən ey bəşər oğlu, Babil padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy. | |
Ezek | Northern | 21:20 | Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla. | |
Ezek | Northern | 21:21 | Çünki Babil padşahı yolayrıcında – iki yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq. | |
Ezek | Northern | 21:22 | Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək. | |
Ezek | Northern | 21:23 | Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq. | |
Ezek | Northern | 21:24 | Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz. | |
Ezek | Northern | 21:25 | Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”. | |
Ezek | Northern | 21:26 | Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt. | |
Ezek | Northern | 21:27 | Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm”. | |
Ezek | Northern | 21:28 | Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir: “Qılınc, qılınc həlak etmək üçün siyrilib, Qırğın üçün itilənib ki, Şimşək kimi parlasın. | |
Ezek | Northern | 21:29 | Elə bir zamanda ki Sənə boş görüntülər görünür, Sənə yalan falçılıq açırlar. Ölməli olan pis adamların Boyunlarına enəcəksən, ey qılınc! Bu adamların günü çatdı, Nəhayət, cəza vaxtı gəldi. | |
Ezek | Northern | 21:30 | Qılınc qınına qoyulsun! Səni yaradıldığın yerdə, Doğulduğun ölkədə mühakimə edəcəyəm. | |
Ezek | Northern | 21:31 | Qəzəbimi üstünə tökəcəyəm, Hiddətimin odunu üstünə püfləyəcəyəm, Səni vəhşi adamlara təslim edəcəyəm. Onlar məhv etməkdə mahirdir. | |