EZEKIEL
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
Chapter 41
Ezek | Northern | 41:1 | Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı darvazanın yan taxtalarını ölçdü: yan taxtaların eni hər tərəfdən altı qulac idi. | |
Ezek | Northern | 41:2 | Girişinin eni on qulac, ona hər iki tərəfdən bitişən hər divarının eni isə beş qulac idi. O adam məbədin əsas hissəsini də ölçdü: uzunluğu qırx, eni iyirmi qulac idi. | |
Ezek | Northern | 41:3 | Sonra o, iç otağa girib girişin yan taxtalarını ölçdü: hər birinin eni iki qulac idi. Girişin eni altı qulac, ona hər iki tərəfdən bitişən divarların eni yeddi qulac idi. | |
Ezek | Northern | 41:4 | O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü: həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs yerdir» dedi. | |
Ezek | Northern | 41:5 | Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin ətrafındakı yan otaqlardan hər birinin eni dörd qulac idi. | |
Ezek | Northern | 41:6 | Bu yan otaqlar üç mərtəbə idi, hər mərtəbədə otuz otaq var idi. Məbədin divarları boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki, dayaqlar məbəd divarlarına girməsin. | |
Ezek | Northern | 41:7 | Məbədin ətrafındakı yan otaqlar yuxarı mərtəbəyə tərəf çıxdıqca genişlənirdi. Məbədin ətrafındakı tikilinin yuxarıya qalxan bir pilləkəni var idi. Yuxarıya doğru çıxdıqca yan otaqlar genişlənirdi. Pilləkənlə aşağı mərtəbədən orta mərtəbəyə, oradan da üst mərtəbəyə çıxırdılar. | |
Ezek | Northern | 41:8 | Məbədin ətrafında yan otaqların bünövrəsini təşkil edən uca bir döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi. | |
Ezek | Northern | 41:9 | Yan otaqların bayır divarının qalınlığı beş qulac idi. Məbədin yan otaqları ilə kahin otaqları arasında açıq bir sahə var idi. | |
Ezek | Northern | 41:11 | Yan otaqların girişləri açıq sahəyə baxırdı: biri şimalda, o biri isə cənubda idi. Açıq sahəyə bitişən bünövrənin eni hər tərəfdən beş qulac idi. | |
Ezek | Northern | 41:12 | Məbədin qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş qulac idi. Divarının qalınlığı hər tərəfdən beş qulac, uzunluğu doxsan qulac idi. | |
Ezek | Northern | 41:13 | Sonra o adam məbədi ölçdü: uzunluğu yüz qulac idi. Açıq sahə, tikili və onun divarları yüz qulac uzunluğunda idi. | |
Ezek | Northern | 41:15 | O adam məbədin arxasındakı açıq sahəyə baxan tikilinin və hər iki tərəfindəki dəhlizlərin uzunluğunu ölçdü: yüz qulac idi. Məbədin əsas hissəsi, iç otaq, həyətə baxan eyvan, | |
Ezek | Northern | 41:16 | darvaza astanaları, qəfəsli pəncərələr, astananın qarşısında üç mərtəbəni əhatə edən dəhlizlər döşəmədən pəncərələrə qədər ağacla örtülmüşdü. Pəncərələr açılıb-bağlanırdı. | |
Ezek | Northern | 41:17 | Girişin üstü, iç otaq, onun bayırı, bütün içəri və bayır divarlar nizamlı aralıqlarla, | |
Ezek | Northern | 41:18 | keruv və xurma ağacı oyma təsvirləri ilə düzəldilmişdi. İki keruv arasında bir xurma ağacı təsviri var idi. Hər keruvun iki üzü var idi: | |
Ezek | Northern | 41:19 | bir yandan xurma ağacına baxan insan üzü, o biri yandan xurma ağacına baxan şir üzü. Məbəd başdan-başa bu oyma təsvirləri ilə bəzənmişdi. | |
Ezek | Northern | 41:20 | Döşəmədən girişin üstündəki hissəyə qədər məbədin əsas hissəsinin divarları keruv və xurma ağaclarının oyma təsvirləri ilə düzəldilmişdi. | |
Ezek | Northern | 41:21 | Əsas hissənin qapısının yan taxtaları dördbucaqlı şəklində idi. Ən Müqəddəs yerin önündəki qapının yan taxtaları da bunlara bənzəyirdi. | |
Ezek | Northern | 41:22 | Orada üç qulac hündürlüyündə, iki qulac uzunluğunda, iki qulac enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri, altlığı və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa budur» dedi. | |
Ezek | Northern | 41:24 | Hər qapının iki tərəfə iki qanadı var idi: bir qapı üçün iki qanad, o biri qapı üçün iki qanad. | |
Ezek | Northern | 41:25 | Divarlar üzərində olduğu kimi əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma təsvirləri düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan var idi. | |