Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next
Chapter 61
Isai Northern 61:1  Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,
Isai Northern 61:2  Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün,
Isai Northern 61:3  Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
Isai Northern 61:4  Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.
Isai Northern 61:5  Yadellilər gəlib sürülərinizi otaracaq, Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.
Isai Northern 61:6  Sizsə Rəbbin kahinləri, Allahımızın xidmətçiləri adlanacaqsınız. Millətlərin sərvəti ilə bəslənəcəksiniz, Var-dövlətləri ilə fəxr edəcəksiniz.
Isai Northern 61:7  Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf, Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz. İndi isə torpağınızda ikiqat mülk alacaqsınız, Sevinciniz əbədi olacaq.
Isai Northern 61:8  Çünki Mən Rəbb ədaləti sevirəm. Soyğunçuluğa, haqsızlığa nifrət edirəm. Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm, Onlarla əbədi əhd kəsəcəyəm.
Isai Northern 61:9  Nəsillərindən törəyənlər millətlər içində, Övladları xalqlar arasında tanınacaq. Onları görən hər kəs biləcək ki, Rəbb nəsillərinə xeyir-dua verdi.
Isai Northern 61:10  Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
Isai Northern 61:11  Torpaq zoğlarını necə cücərdirsə, Bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək.