Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 42
Isai Northern 42:1  Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək.
Isai Northern 42:2  Çığırmayacaq, səsini qaldırmayacaq, Küçələrdə heç kim onun səsini eşitməyəcək.
Isai Northern 42:3  Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq.
Isai Northern 42:4  O, yer üzündə ədaləti quranadək Ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək.
Isai Northern 42:5  Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir:
Isai Northern 42:6  «Mən Rəbb salehliyimlə səni çağırdım, Səni əlindən tutacağam, Səni qoruyacağam, Səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki,
Isai Northern 42:7  Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən.
Isai Northern 42:8  Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm.
Isai Northern 42:9  Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm».
Isai Northern 42:10  Ey dəniz səyyahları, dənizdəki canlılar, Uzaq diyarlar və orada yaşayanlar, Rəbbə yeni ilahi oxuyun! Dünyanın ən ucqar yerlərindən Ona həmdlər gətirin!
Isai Northern 42:11  Qoy səhra və oradakı şəhərlər, Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin, Dağların zirvəsindən qışqırsın.
Isai Northern 42:12  Hamı Rəbbi izzətləndirsin, Uzaq diyarlar da Ona həmd etsin.
Isai Northern 42:13  Rəbb cəsur igid kimi çıxacaq, Cəngavər kimi qeyrətə gələcək, Çığırıb döyüş nərəsi çəkəcək, Düşmənlərinə Öz qüdrətini göstərəcək.
Isai Northern 42:14  Rəbb deyir: «Xeyli vaxtdır ki, dinmirəm, Susuram, səbir edirəm, İndi isə doğuş ağrısı çəkən qadın kimi Qışqıracağam, təngnəfəs olub zarıyacağam.
Isai Northern 42:15  Dağları, təpələri dağıdacağam, Bütün yaşıllıqlarını qurudacağam, Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.
Isai Northern 42:16  Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm.
Isai Northern 42:17  Oyma bütlərə güvənənlər, Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər Geri qaytarılıb utandırılacaq.
Isai Northern 42:19  Qulum qədər kor olan varmı? Göndərdiyim qasid qədər kar olan varmı? Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?
Isai Northern 42:20  Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»
Isai Northern 42:21  Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
Isai Northern 42:22  Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qurtaranları yoxdur. Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.
Isai Northern 42:23  Sizdən kim buna qulaq asacaq, Gələcəkdə kim diqqətlə dinləyəcək?
Isai Northern 42:24  Yaqub nəslini, İsraili soyğunçular əlinə Kim qarət edilmək üçün təslim etdi? Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi? Onlar Onun yolları ilə getmək istəmədi, Qanununa qulaq asmadı.
Isai Northern 42:25  Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər.