Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 8
Isai Northern 8:1  Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz yaz.
Isai Northern 8:2  Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim».
Isai Northern 8:3  Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy.
Isai Northern 8:4  Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq».
Isai Northern 8:6  «Bu xalq sakit axan Şiloah sularını rədd edib Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə
Isai Northern 8:7  Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını – Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq.
Isai Northern 8:8  Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!»
Isai Northern 8:9  Ey xalqlar, pis işlər görün və qırılın! Ey yer üzünün bütün uzaq ölkələri, eşidin! Döyüşə hazırlaşın və qırılın! Bəli, döyüşə hazırlaşın və qırılın!
Isai Northern 8:10  Birlikdə məsləhətləşin, o boşa çıxacaq. İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq, Çünki Allah bizimlədir.
Isai Northern 8:11  Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi:
Isai Northern 8:12  «Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin, Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin.
Isai Northern 8:13  Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin!
Isai Northern 8:14  O, Müqəddəs məkan olacaq, Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq.
Isai Northern 8:15  Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq, Tələyə düşüb əsir aparılacaq».
Isai Northern 8:16  Ya Rəbb, şagirdlərimin arasında Şəhadətini qoruyub saxla, təlimini möhürlə!
Isai Northern 8:17  Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm, Ona ümid edəcəyəm.
Isai Northern 8:18  Mən və Rəbbin mənə verdiyi övladlar Sion dağında məskunlaşan Ordular Rəbbinin İsraildəki rəmzləri və nişanələriyik.
Isai Northern 8:19  Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı?
Isai Northern 8:20  Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.
Isai Northern 8:21  Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər.
Isai Northern 8:22  Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar».