Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 24
Isai Northern 24:1  Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq.
Isai Northern 24:2  Nə xalqla kahin arasında, Nə nökərlə ağası arasında, Nə qarabaşla xanımı arasında, Nə alıcı ilə satıcı arasında, Nə borc verənlə borc alanın arasında Nə də sələmçi ilə borc alan arasında Heç bir fərq qoyulmayacaq.
Isai Northern 24:3  Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi.
Isai Northern 24:4  Dünya saralıb-solur, Yer üzü quruyub-solur. Dünyanın məğrur insanları məyus olur.
Isai Northern 24:5  Dünyanı sakinləri murdar etdi, Çünki Allahın qanunlarını tapdaladı, Qaydalarına xor baxdı, Əbədi əhdi pozdu.
Isai Northern 24:6  Bu səbəbə görə Lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri Günahlarının cəzasını çəkir, Buna görə yanır, Çox az adam sağ qalacaq.
Isai Northern 24:7  Təzə şərab qurtarır, meynələr solur, Nə vaxtsa fərəhlənən adamlar kədərlənir.
Isai Northern 24:8  Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir.
Isai Northern 24:9  Bir daha nəğmə oxuyub şərab içmirlər, İçkinin dadı içənə acı gəlir.
Isai Northern 24:10  Viran qalmış şəhər xaraba qalıb, Bütün evlər qıfıllanıb, Heç kim ora girə bilmir.
Isai Northern 24:11  Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar, Fərəhdən əsər-əlamət qalmadı. Dünyanın sevinci əsir aparıldı.
Isai Northern 24:12  Şəhər viranə qaldı, Darvazaları darmadağın oldu.
Isai Northern 24:13  Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, Dünyadakı xalqlar da elə olacaq.
Isai Northern 24:14  Sağ qalanlar səslərini ucaldıb Sevinc ilahiləri söyləyəcək, Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək.
Isai Northern 24:15  Beləliklə, şərqdə yaşayanlar Rəbbi ucaldacaq, Uzaq diyarların sakinləri İsrailin Allahı Rəbbin adını yüksəldəcək.
Isai Northern 24:16  Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik: «Saleh Olana izzət olsun!» Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma! Xainlər xainliklərini davam edir, Bəli, xainlər xaincəsinə hərəkət edir!»
Isai Northern 24:17  Ey dünya sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq!
Isai Northern 24:18  Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq.
Isai Northern 24:19  Yer üzü çatlayacaq, çatlayacaq, Dünya yarılacaq, yarılacaq, Dünya lərzəyə gələcək, lərzəyə gələcək!
Isai Northern 24:20  Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək.
Isai Northern 24:21  O gün Rəbb yuxarıda – göydəki orduları, Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq.
Isai Northern 24:22  Onlar yeraltı zindana dustaq kimi yığılacaq, Həbsxanada bağlı saxlanacaq, Uzun müddət keçəndən sonra cəzalanacaq.
Isai Northern 24:23  Ay qaralacaq, günəş işıq saçmayacaq. Çünki Ordular Rəbbi Sion dağında, Yerusəlimdə hökm sürəcək. Xalqın başçıları Onun əzəmətini görəcək.