ISAIAH
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
Chapter 51
Isai | Northern | 51:1 | Ey salehliyi arayanlar, Rəbbi axtaranlar, Məni dinləyin! Yonulduğunuz qayaya, Çıxarıldığınız çuxurun dərinliyinə baxın. | |
Isai | Northern | 51:2 | Atanız İbrahimə, sizi doğan Saraya baxın! Mən onu tək çağırdım, xeyir-dua verdim, Nəslini artırdım. | |
Isai | Northern | 51:3 | Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, Şükürlər, ilahilər oxunacaq. | |
Isai | Northern | 51:4 | Ey xalqım, Məni dinlə, Ey ümmətim, Məni eşit! Qanun Məndən çıxacaq, Ədalətimi nur tək Xalqlara ehsan edəcəyəm. | |
Isai | Northern | 51:5 | Salehliyim yaxındır, qurtuluşum gəlir, Xalqları Öz gücümlə mühakimə edəcəyəm. Uzaq diyarlar Mənə bel bağlayır, Qüvvətimə ümid edir. | |
Isai | Northern | 51:6 | Başınızı qaldırıb göylərə nəzər salın, Aşağıya, yer üzünə baxın. Çünki göylər dağılacaq tüstü kimi, Yer üzü paltar kimi köhnələcək. Beləcə yer üzünün sakinləri də qırılacaq. Lakin Mənim xilasım əbədidir, Salehliyim sonsuzdur. | |
Isai | Northern | 51:7 | Ey salehlikdən xəbərdar olanlar, Qanunumu qəlblərində saxlayan xalq, Mənə qulaq asın! Adamların məzəmmətindən qorxmayın, Onların söyüşlərindən dəhşətə düşməyin. | |
Isai | Northern | 51:8 | Onlar güvənin yediyi paltar kimi məhv olacaq, Qurdun yediyi yun kimi məhv olacaq. Lakin Mənim salehliyim əbədidir, Qurtuluşum nəsillər boyu duracaqdır. | |
Isai | Northern | 51:9 | Qalx, qalx, güclən, ey Rəbbin qolu! Qədim zamanlardakı kimi Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi! Sən Rahavı parça-parça etmədinmi? Sən əjdahanın bədənini deşmədinmi? | |
Isai | Northern | 51:10 | Dənizi, dərin suları Sən qurutmadınmı? Satın alınan xalqının keçməsindən ötrü Dənizin dərinliklərini yola çevirən Sən deyildinmi? | |
Isai | Northern | 51:11 | Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar sevinc və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq. | |
Isai | Northern | 51:12 | Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən! Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan Gör sən kimsən? | |
Isai | Northern | 51:13 | Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi? | |
Isai | Northern | 51:14 | Zəncirlərlə buxovlanmış dustaqlar Tezliklə azadlığa çıxacaq. Ölüm çuxuruna düşməyəcək, Çörəkləri əskik olmayacaq. | |
Isai | Northern | 51:15 | Allahınız Rəbb Mənəm. Mənəm dənizi gur dalğalarla çalxalayan. Ordular Rəbbidir Onun adı! | |
Isai | Northern | 51:16 | Mən sözlərimi sənin ağzına qoydum, Əlimin kölgəsində səni gizlətdim ki, Göyləri qurum, dünyanın təməlini qoyum, Siona “Xalqım sənsən” deyim». | |
Isai | Northern | 51:17 | Oyan, oyan, qalx ayağa, ey Yerusəlim! Sən ki Rəbbin əlindən Qəzəb kasasını alıb içdin. Sərxoşluq kasasını axıra qədər boşaltdın. | |
Isai | Northern | 51:18 | Doğduğu bütün oğullardan ona yol göstərən, Böyütdüyü bütün oğullardan ona əl tutan olmadı. | |
Isai | Northern | 51:19 | Bu iki bəla sənin başına gəldi, Dərdinə kim şərik olacaq? Qarət, dağıntı, qıtlıq və qılınc! Sənə necə təsəlli verim? | |
Isai | Northern | 51:20 | Övladların taqətdən düşüb, Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir. Onlar tələyə düşmüş cüyür kimi Hər küçə başında uzanıb. | |
Isai | Northern | 51:22 | Xudavəndin Rəbb, Öz xalqını müdafiə edən Allahın belə deyir: «Budur, sərxoşluq kasasını əlindən almışam. Qəzəbimin kasasından artıq içməyəcəksən. | |