Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 33
Isai Northern 33:1  Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan.
Isai Northern 33:2  Ya Rəbb, bizə qarşı lütfkar ol, Çünki Sənə ümid etmişik. Hər səhər bizim qüvvətimiz ol, Fəlakət günündə bizi qurtar.
Isai Northern 33:3  Sənin qüdrətli səsindən xalqlar qaçır, Sən ayağa qalxarkən Millətlər pərən-pərən olur.
Isai Northern 33:4  Çəyirtkələr tarlanı nə cür talan edirlərsə, Ey millətlər, qənimətiniz də o cür talan olacaq. Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.
Isai Northern 33:5  Rəbb ucadır, yüksəklərdə oturur, Sionu ədalətlə və salehliklə doldurur.
Isai Northern 33:6  O, yaşadığınız dövrün təməlidir, Qurtuluşun, hikmətin, biliyin mənbəyidir, Rəbb qorxusu sənin xəzinəndir.
Isai Northern 33:7  Budur, millətlərin igidləri küçələrdə çığırırlar. Sülh qasidləri hönkürüb ağlayırlar.
Isai Northern 33:8  Yollar boşalıb, səyyahlar yoxdur. Düşmən əhdi pozdu, Şəhərləri dağıtdı, adamları alçaltdı.
Isai Northern 33:9  Ölkə yas tutur, zəifləyir, Livan məğlub olub, solub, Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür.
Isai Northern 33:10  Rəbb deyir: «İndi qalxacağam, İndi yüksələcəyəm, İndi ucalacağam.
Isai Northern 33:11  Samana hamilə qalıb küləş doğacaqsınız, Nəfəsiniz sizi məhv edən alova dönəcək.
Isai Northern 33:12  Xalqlar yanıb kül olacaq, Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq.
Isai Northern 33:13  Ey uzaqda yaşayanlar, Nə elədiyimi eşidin, Ey yaxında yaşayanlar, Mənim gücümü bilin».
Isai Northern 33:14  Siondakı günahkarlar dəhşətə, Allahsızlar lərzəyə gəldi: «Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»
Isai Northern 33:15  Amma salehlik yolu ilə gedən, Doğru sözlər danışan, Zorakılıqla əldə edilən qazancı rədd edən, Əlini rüşvətdən uzaq tutan, Qatillərin qurduğu qəsdə fikir verməyən, Pisliyə qarşı gözlərini yuman
Isai Northern 33:16  Yüksəkliklərdə yaşayacaq, Təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq.
Isai Northern 33:17  Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək, Ucsuz-bucaqsız ölkəni seyr edəcək.
Isai Northern 33:18  «Haradadır xərac yığan? Haradadır qeydiyyat aparan? Haradadır qüllələrə nəzər salan?» deyərək Dəhşətli günlər haqqında düşünəcəksən.
Isai Northern 33:19  Anlaşılmaz, yad dildə danışan Təkəbbürlü xalqı daha görməyəcəksən.
Isai Northern 33:20  Bayramlar keçirdiyimiz şəhərə – Siona bax! Gözlərin Yerusəlimi, Sarsılmaz çadırı, sülh məskənini görəcək. Onun payaları heç vaxt sökülməyəcək, Kəndirlərinin heç biri qırılmayacaq.
Isai Northern 33:21  Lakin orada – Geniş çayların, irmaqların olduğu yerdə Əzəmətli Rəbb bizimlə olacaq. Oradan avarlı qayıqlar, böyük gəmilər Keçə bilməz.
Isai Northern 33:22  Çünki Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir, Odur bizi qurtaran.
Isai Northern 33:23  Gəmilərinin ipləri boşaldı, Dor ağacları yerində möhkəm dayanmadı, Yelkənləri açılmadı. O vaxt böyük talan malı paylanacaq, Hətta topal adamlar da talan edəcək.
Isai Northern 33:24  Heç bir Sion sakini «Xəstəyəm» deməyəcək, Orada yaşayan xalqın günahları bağışlanacaq.