PHILIPPIANS
Chapter 3
Phil | Northern | 3:1 | Nəhayət, qardaşlarım, Rəbdə sevinin! Sizə eyni şeyləri yazmaq məni yormaz, amma sizi qoruyar. | |
Phil | Northern | 3:2 | Özünüzü «itlər»dən qoruyun, pis iş görənlərdən qoruyun, bədəni sünnət edərək kəsib-atanlardan qoruyun. | |
Phil | Northern | 3:3 | Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik. | |
Phil | Northern | 3:4 | Əslində mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm. | |
Phil | Northern | 3:5 | Mən səkkizgünlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, İbranilərdən törəmiş bir İbraniyəm. Qanuna münasibətdə farisey idim. | |
Phil | Northern | 3:6 | Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim. | |
Phil | Northern | 3:8 | Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb | |
Phil | Northern | 3:9 | Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum. | |
Phil | Northern | 3:10 | Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki, | |
Phil | Northern | 3:12 | Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub. | |
Phil | Northern | 3:13 | Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm | |
Phil | Northern | 3:14 | və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum. | |
Phil | Northern | 3:15 | Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün. Hər hansı bir mövzuda fərqli düşüncələriniz varsa, Allah bunu da sizə açacaq. | |
Phil | Northern | 3:17 | Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün və sizə göstərdiyimiz nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın. | |
Phil | Northern | 3:18 | Sizə dəfələrlə söylədiyim kimi indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür. | |
Phil | Northern | 3:19 | Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər. | |
Phil | Northern | 3:20 | Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. | |