Site uses cookies to provide basic functionality.

OK
PHILIPPIANS
1 2 3 4
Prev Up Next
Chapter 2
Phil Northern 2:1  Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa,
Phil Northern 2:2  həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin.
Phil Northern 2:3  Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın
Phil Northern 2:4  və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
Phil Northern 2:5  Məsih İsa necə düşündü, siz də elə düşünün.
Phil Northern 2:6  Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı.
Phil Northern 2:7  Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb
Phil Northern 2:8  Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
Phil Northern 2:9  Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki,
Phil Northern 2:10  göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün
Phil Northern 2:11  və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Phil Northern 2:12  Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.
Phil Northern 2:13  Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Phil Northern 2:14  Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki,
Phil Northern 2:15  nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
Phil Northern 2:16  Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim.
Phil Northern 2:17  Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm.
Phil Northern 2:18  Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.
Phil Northern 2:19  Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var.
Phil Northern 2:20  Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur.
Phil Northern 2:21  Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür.
Phil Northern 2:22  Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz.
Phil Northern 2:23  Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm.
Phil Northern 2:24  Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.
Phil Northern 2:25  Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim.
Phil Northern 2:26  Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi.
Phil Northern 2:27  O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi.
Phil Northern 2:28  Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin.
Phil Northern 2:29  Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin.
Phil Northern 2:30  Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.