Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next
Chapter 7
Gene Northern 7:1  Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm.
Gene Northern 7:2  Bütün yer üzündə nəsli kəsilməsin deyə hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür.
Gene Northern 7:3  Həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür.
Gene Northern 7:4  Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm».
Gene Northern 7:5  Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
Gene Northern 7:6  Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi.
Gene Northern 7:7  Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər.
Gene Northern 7:8  Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin
Gene Northern 7:9  erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
Gene Northern 7:11  Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı.
Gene Northern 7:12  Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.
Gene Northern 7:13  Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər.
Gene Northern 7:14  Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi:
Gene Northern 7:15  həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
Gene Northern 7:16  Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.
Gene Northern 7:17  Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı.
Gene Northern 7:18  Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı.
Gene Northern 7:19  Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu.
Gene Northern 7:20  Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü.
Gene Northern 7:21  Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu.
Gene Northern 7:22  Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü.
Gene Northern 7:23  Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı.
Gene Northern 7:24  Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.