Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next Toggle notes
Chapter 46
Gene Northern 46:1  İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.
Gene Northern 46:2  Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam».
Gene Northern 46:3  Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm.
Gene Northern 46:4  Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».
Gene Northern 46:5  Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər.
Gene Northern 46:6  Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər.
Gene Northern 46:7  O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.
Gene Northern 46:8  İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven.
Gene Northern 46:9  Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
Gene Northern 46:10  Şimeonun oğulları: Yemuel, Yamin, Oxad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul.
Gene Northern 46:12  Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul.
Gene Northern 46:13  İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron.
Gene Northern 46:15  Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.
Gene Northern 46:16  Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli.
Gene Northern 46:17  Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel.
Gene Northern 46:18  Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.
Gene Northern 46:19  Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin.
Gene Northern 46:20  Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu.
Gene Northern 46:21  Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard.
Gene Northern 46:22  Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi.
Gene Northern 46:24  Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem.
Gene Northern 46:25  Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.
Gene Northern 46:26  Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi.
Gene Northern 46:27  Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.
Gene Northern 46:28  Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə
Gene Northern 46:29  Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.
Gene Northern 46:30  İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».
Gene Northern 46:31  Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər.
Gene Northern 46:32  Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.
Gene Northern 46:33  Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,
Gene Northern 46:34  deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».