Site uses cookies to provide basic functionality.

OK
I CHRONICLES
Prev Up Next Toggle notes
Chapter 13
I Ch Northern 13:1  Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi.
I Ch Northern 13:2  O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar.
I Ch Northern 13:3  Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq».
I Ch Northern 13:4  Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi.
I Ch Northern 13:5  Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsrailliləri topladı.
I Ch Northern 13:6  Davud bütün İsraillilərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi.
I Ch Northern 13:7  Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın evindən apardılar. Arabanı Uzza və Axyo sürürdü.
I Ch Northern 13:8  Davud və bütün İsraillilər Allahın hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalıb oynayırdılar.
I Ch Northern 13:9  Kidonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb sandığı tutdu.
I Ch Northern 13:10  Uzza əlini uzadaraq sandığa toxunduğu üçün Rəbb qəzəblənib onu vurdu. Beləcə Uzza orada Allahın önündə öldü.
I Ch Northern 13:11  Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir.
I Ch Northern 13:12  Həmin gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını necə yanıma gətirə bilərəm?»
I Ch Northern 13:13  Buna görə də Davud sandığı öz yanına – Davudun şəhərinə gətirmədi, onu yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu.
I Ch Northern 13:14  Allahın sandığı üç ay Oved-Edomun evində – onun ailəsinin yanında qaldı. Rəbb Oved-Edomun ailəsinə və ona məxsus hər şeyə bərəkət verdi.