I CHRONICLES
Chapter 6
I Ch | Northern | 6:3 | Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. | |
I Ch | Northern | 6:10 | Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi. | |
I Ch | Northern | 6:15 | Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu. | |
I Ch | Northern | 6:19 | Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır. | |
I Ch | Northern | 6:29 | Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza, | |
I Ch | Northern | 6:31 | Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır. | |
I Ch | Northern | 6:32 | Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar. | |
I Ch | Northern | 6:33 | Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu | |
I Ch | Northern | 6:39 | Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu | |
I Ch | Northern | 6:44 | Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu | |
I Ch | Northern | 6:48 | Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu. | |
I Ch | Northern | 6:49 | Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər. | |
I Ch | Northern | 6:54 | Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara | |
I Ch | Northern | 6:57 | Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları, | |
I Ch | Northern | 6:60 | Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir. | |
I Ch | Northern | 6:61 | Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi. | |
I Ch | Northern | 6:62 | Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi. | |
I Ch | Northern | 6:63 | Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi. | |
I Ch | Northern | 6:65 | Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər. | |
I Ch | Northern | 6:67 | Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları, | |
I Ch | Northern | 6:70 | Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi. | |
I Ch | Northern | 6:71 | Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları, | |
I Ch | Northern | 6:76 | Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları. | |
I Ch | Northern | 6:77 | Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları, | |
I Ch | Northern | 6:78 | Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları, | |