I CHRONICLES
Chapter 26
I Ch | Northern | 26:1 | Qapıçıların bölükləri belədir: Qorah nəslindən, Asəfin övladlarından olan Qore oğlu Meşelemya. | |
I Ch | Northern | 26:2 | Meşelemyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yediael, üçüncüsü Zevadya, dördüncüsü Yatniel, | |
I Ch | Northern | 26:4 | Oved-Edomun oğulları: ilk oğlu Şemaya, ikincisi Yehozavad, üçüncüsü Yoah, dördüncüsü Sakar, beşincisi Netanel, | |
I Ch | Northern | 26:5 | altıncısı Ammiel, yeddincisi İssakar, səkkizincisi Peulletay, çünki Allah Oved-Edoma xeyir-dua vermişdi. | |
I Ch | Northern | 26:6 | Onun oğlu Şemayanın da oğulları oldu və onlar nəsil başçıları oldu, çünki igid adamlar idi. | |
I Ch | Northern | 26:7 | Şemayanın oğulları: Otni, Refael, Oved və Elzavad. Qohumları Elihu və Semakya da igid adamlar idi. | |
I Ch | Northern | 26:8 | Bunların hamısı Oved-Edomun nəslindən idi. Özləri, oğulları və qohumları xidmət işində bacarıqlı və igid adamlar idi. Hamısı birlikdə altmış iki nəfər idi. Onlar Oved-Edomdan idi. | |
I Ch | Northern | 26:9 | Meşelemyanın oğullarından və qohumlarından olan igid adamlar on səkkiz nəfər idi. | |
I Ch | Northern | 26:10 | Merari nəslindən olan Xosanın oğulları: ilk oğlu olmadığı halda atasının böyük başçı qoyduğu Şimri, | |
I Ch | Northern | 26:11 | ikincisi Xilqiya, üçüncüsü Tevalya, dördüncüsü Zəkəriyyə. Xosanın bütün oğulları və qohumları on üç nəfər idi. | |
I Ch | Northern | 26:12 | Bu adamların başçılıq etdiyi qapıçı bölükləri başqa qohumları kimi Rəbbin məbədində xidmət etmək üçün vəzifələrinə təyin olundular. | |
I Ch | Northern | 26:14 | Şelemya üçün püşk Şərq qapısına düşdü. Onun oğlu ağıllı məsləhətçi olan Zəkəriyyə üçün də püşk atdılar. Onun püşkü Şimal qapısına düşdü. | |
I Ch | Northern | 26:16 | Şuppim və Xosa üçün püşk Qərb qapısına və yuxarı qalxan yolda olan Şalleket qapısına düşdü. Bunların hamısı növbə ilə beləcə keşik çəkirdi. | |
I Ch | Northern | 26:17 | Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili. | |
I Ch | Northern | 26:20 | Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır: | |
I Ch | Northern | 26:22 | Rəbbin məbədinin xəzinələrinə nəzarət edən Yexielinin oğulları Zetam və onun qardaşı Yoel. | |
I Ch | Northern | 26:25 | Gerşomun qardaşı Eliezerin nəsli: onun oğlu Rexavya, onun oğlu Yeşaya, onun oğlu Yoram, onun oğlu Zikri, onun oğlu Şelomit. | |
I Ch | Northern | 26:26 | Şelomit və onun qohumları bütün təqdis olunan şeylər xəzinələri üzərində nəzarətçi idi. Bu şeyləri padşah Davud, minbaşı və yüzbaşı olan nəsil və ordu başçıları təqdis etmişdi. | |
I Ch | Northern | 26:27 | Müharibələrdə ələ keçirilən təqdis olunmuş qənimətin bir hissəsini Rəbbin məbədini təmin etmək üçün ayırmışdılar. | |
I Ch | Northern | 26:28 | Hər kəsin təqdis etdiyi şeylər – görücü Şamuelin, Qiş oğlu Şaulun, Ner oğlu Avnerin və Seruya oğlu Yoavın təqdis etdiyi şeylərin hamısı Şelomitin və onun qohumlarının nəzarəti altında idi. | |
I Ch | Northern | 26:29 | İshar nəslindən Kenanya və onun oğulları İsrail üzərində məmur və hakim olub məbəddən kənardakı işlərə baxırdı. | |
I Ch | Northern | 26:30 | Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraillilər üzərində məmur idi. | |
I Ch | Northern | 26:31 | Xevronun nəslindən olan Yeriya Xevronluların nəsil başçısı idi. Davudun padşahlığının qırxıncı ilində onların nəsil şəcərələrinə baxıldı və Gileadın Yazer şəhərində onların arasında igid adamlar tapıldı. | |