Site uses cookies to provide basic functionality.

OK
I CHRONICLES
Prev Up Next
Chapter 9
I Ch Northern 9:1  Beləcə bütün İsraillilər nəsil şəcərələrində qeyd olunmuşdu və bunlar İsrail padşahlarının kitabında yazılmışdır. Yəhudalılar xainliklərinə görə Babilə sürgün olunmuşdu.
I Ch Northern 9:2  İlk dəfə mülklərinə qayıdıb yaşayanlar İsraillilərdən bəzi adamlar, kahinlər, Levililər və məbəd qulluqçuları idi.
I Ch Northern 9:3  Yerusəlimdə isə Yəhudalılardan, Binyaminlilərdən, Efrayimlilərdən və Menaşşelilərdən olan bu adamlar yaşadı.
I Ch Northern 9:4  Yəhudanın oğlu Peresin nəslindən: Bani oğlu İmri oğlu Omri oğlu Ammihud oğlu Utay.
I Ch Northern 9:5  Şelanın nəslindən: ilk oğlu Asaya və onun oğulları.
I Ch Northern 9:6  Zerahın nəslindən: Yeuel və onun qohumları. Hamısı birlikdə altı yüz doxsan nəfər idi.
I Ch Northern 9:7  Binyaminin nəslindən: Hassenua oğlu Hodavya oğlu Meşullam oğlu Sallu,
I Ch Northern 9:8  Yeroxam oğlu İvniya, Mikri oğlu Uzzi oğlu Ela və İvniya oğlu Reuel oğlu Şefatya oğlu Meşullam.
I Ch Northern 9:9  Onlar qohumları ilə birgə nəsil şəcərələrinə görə doqquz yüz əlli altı nəfər idi. Bunların hamısı nəsil başçıları idi.
I Ch Northern 9:11  Allah məbədinin rəisi Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Azarya,
I Ch Northern 9:12  Malkiya oğlu Paşxur oğlu Yeroxam oğlu Adaya və İmmer oğlu Meşillemit oğlu Meşullam oğlu Yaxzera oğlu Adiel oğlu Maasay.
I Ch Northern 9:13  Bunlar nəsil başçıları idi. Onlar qohumları ilə birgə – Allah evinin xidməti işində bacarıqlı olan bu adamlar min yeddi yüz altmış nəfər idi.
I Ch Northern 9:14  Levililərdən: Merarinin nəslindən Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya,
I Ch Northern 9:15  Baqbaqqar, Xereş, Qalal, Asəf oğlu Zikri oğlu Mikeya oğlu Mattanya,
I Ch Northern 9:16  Yedutun oğlu Qalal oğlu Şemaya oğlu Avdiya və Netofalıların kəndlərində yaşayan Elqana oğlu Asa oğlu Berekya.
I Ch Northern 9:17  Qapıçılar: Şallum, Aqquv, Talmon, Aximan və onların qohumları. Şallum onların başçısı idi.
I Ch Northern 9:18  Onlar bu günə qədər də məbədin şərq tərəfdəki padşah qapısında keşik çəkirlər. Levililərin düşərgə qapıçıları bunlardır.
I Ch Northern 9:19  Qorah oğlu Evyasaf oğlu Qore oğlu Şallum və onun Qorah nəslindən olan qohumları məbədin astanalarında keşik çəkənlərin xidmət işinə başçılıq edirdi. Əvvəllər onların babaları Rəbbin düşərgəsinin girəcək yerinin keşiyini çəkirdi.
I Ch Northern 9:20  Eleazar oğlu Pinxas onların başçısı idi və Rəbb onunla idi.
I Ch Northern 9:21  Hüzur çadırının girişində Meşelemya oğlu Zəkəriyyə qapıçı idi.
I Ch Northern 9:22  Astanalarda qapıçı olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi.
I Ch Northern 9:23  Bu adamlar və onların nəsilləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi.
I Ch Northern 9:24  Bu qapıçılar məbədin dörd tərəfində – şərq, qərb, şimal və cənub qapılarında dururdu.
I Ch Northern 9:25  Öz kəndlərində yaşayan qohumları vaxtaşırı yeddi günlüyə onların yanına gəlməli idi.
I Ch Northern 9:26  Allah evinin otaqlarının və xəzinələrinin keşiyini çəkmək Levili olan qapıçıların dörd nəfər rəisinin öhdəsində idi.
I Ch Northern 9:27  Onlar gecə də Allah evinin ətrafında qalırdı, çünki onun keşiyini çəkmək və hər səhər qapıları açmaq onların işi idi.
I Ch Northern 9:28  Onların bəzisi xidmət üçün olan qablara baxırdı: bunları sayıb içəri gətirir və sayıb bayıra aparırdılar.
I Ch Northern 9:29  Bəziləri isə başqa əşyalar, bütün təqdis olunmuş şeylər və un, şərab, yağ, kündür, ətriyyatlar üzərində nəzarətçi qoyulmuşdu.
I Ch Northern 9:30  Kahinlərdən bəzisi ətriyyatlardan qatışıq maddə hazırlayırdı.
I Ch Northern 9:31  Kökələr bişirilməsi Qorah nəslindən olan Şallumun ilk oğlu olan Levili Mattityanın öhdəsində idi.
I Ch Northern 9:32  Onların Qohat nəslindən olan qohumlarından bəzisinə isə hər Şənbə günü çörək hazırlanması tapşırılmışdı.
I Ch Northern 9:33  Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi.
I Ch Northern 9:34  Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar.
I Ch Northern 9:35  Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi.
I Ch Northern 9:36  İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Ner, Nadav,
I Ch Northern 9:38  Miqlotdan Şima törədi. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdılar.
I Ch Northern 9:39  Nerdən Qiş törədi. Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi.
I Ch Northern 9:40  Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi.
I Ch Northern 9:41  Mikeyanın oğulları: Piton, Melek, Taxrea və Axaz.
I Ch Northern 9:42  Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi.
I Ch Northern 9:43  Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel.
I Ch Northern 9:44  Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.