Site uses cookies to provide basic functionality.

OK
I CHRONICLES
Prev Up Next
Chapter 16
I Ch Northern 16:1  Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər.
I Ch Northern 16:2  Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi.
I Ch Northern 16:3  O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.
I Ch Northern 16:4  Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu.
I Ch Northern 16:5  Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf,
I Ch Northern 16:6  Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel.
I Ch Northern 16:7  O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.
I Ch Northern 16:8  «Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin!
I Ch Northern 16:9  Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
I Ch Northern 16:10  Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
I Ch Northern 16:11  Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
I Ch Northern 16:12  Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
I Ch Northern 16:13  Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
I Ch Northern 16:14  Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir.
I Ch Northern 16:15  Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
I Ch Northern 16:16  İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
I Ch Northern 16:17  Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi,
I Ch Northern 16:18  Dedi: “Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm”.
I Ch Northern 16:19  O zaman sayca onlar az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
I Ch Northern 16:20  Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
I Ch Northern 16:21  Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
I Ch Northern 16:22  Dedi: “Məsh elədiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin”.
I Ch Northern 16:23  Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu gündən-günə müjdələyin.
I Ch Northern 16:24  Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
I Ch Northern 16:25  Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
I Ch Northern 16:26  Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
I Ch Northern 16:27  Ehtişam və əzəmət hüzurunda olar, Sevinclə qüdrət Onun yerindədir.
I Ch Northern 16:28  Ey xalqların tayfaları, Rəbbə verin – Ehtişamı, qüdrəti Rəbbə verin,
I Ch Northern 16:29  Adına layiq ehtişamı Rəbbə verin, Hüzuruna girib təqdimlər verin. Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin.
I Ch Northern 16:30  Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! O, dünyanı sarsılmaz və möhkəm qurub.
I Ch Northern 16:31  Göylər sevinsin, yer üzü şad olsun! Millətlərə belə elan edin: “Rəbb hökmranlıq edir”.
I Ch Northern 16:32  Dənizin və dənizdəki canlıların səsi ucalsın, Çöllər və çöldə yaşayanlar fərəhlənsin,
I Ch Northern 16:33  Meşədəki bütün ağaclar mədh söyləsin Rəbbin hüzurunda! O, dünyanın hökmünü vermək üçün gəlir.
I Ch Northern 16:34  Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir.
I Ch Northern 16:35  Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar, Bizi millətlərin arasından topla və azad et. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək”.
I Ch Northern 16:36  Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər!» Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi.
I Ch Northern 16:37  Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları,
I Ch Northern 16:38  Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa.
I Ch Northern 16:39  O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki,
I Ch Northern 16:40  Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər.
I Ch Northern 16:41  Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir.
I Ch Northern 16:42  Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular.
I Ch Northern 16:43  Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı.