Site uses cookies to provide basic functionality.

OK
I CHRONICLES
Prev Up Next Toggle notes
Chapter 15
I Ch Northern 15:1  Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu.
I Ch Northern 15:2  Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi».
I Ch Northern 15:3  Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsrailliləri Yerusəlimə yığdı.
I Ch Northern 15:4  Davud Harunun nəslindən olan adamları və Levililəri topladı:
I Ch Northern 15:5  Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu;
I Ch Northern 15:6  Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu;
I Ch Northern 15:7  Gerşon nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu;
I Ch Northern 15:8  Elisafan nəslindən başçı Şemaya və onun iki yüz nəfər qohumu;
I Ch Northern 15:9  Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu;
I Ch Northern 15:10  Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu.
I Ch Northern 15:11  Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırıb
I Ch Northern 15:12  onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzü təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın.
I Ch Northern 15:13  Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı».
I Ch Northern 15:14  İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər.
I Ch Northern 15:15  Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiyinlərinə qoyub onu daşıdılar.
I Ch Northern 15:16  Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər.
I Ch Northern 15:17  Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan,
I Ch Northern 15:18  onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel.
I Ch Northern 15:19  İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər,
I Ch Northern 15:20  Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər,
I Ch Northern 15:21  Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi.
I Ch Northern 15:22  Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi;
I Ch Northern 15:23  Berekya və Elqana sandığın yanında qapıçı idi;
I Ch Northern 15:24  kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi.
I Ch Northern 15:25  Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər.
I Ch Northern 15:26  Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi.
I Ch Northern 15:27  Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi.
I Ch Northern 15:28  Bütün İsraillilər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və liraların yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar.
I Ch Northern 15:29  Rəbbin Əhd sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxdı, padşah Davudu tullanıb rəqs edən gördü və ürəyində ona kinayə etdi.