Site uses cookies to provide basic functionality.

OK
I CHRONICLES
Prev Up Next Toggle notes
Chapter 7
I Ch Northern 7:1  İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmisi dörd nəfər.
I Ch Northern 7:2  Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi.
I Ch Northern 7:3  Uzzinin nəsli: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmisi beş nəfər. Onların hamısı başçı idi.
I Ch Northern 7:4  Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi.
I Ch Northern 7:5  İssakarın bütün nəsilləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmisi səksən yeddi min nəfər idi.
I Ch Northern 7:6  Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər.
I Ch Northern 7:7  Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi.
I Ch Northern 7:8  Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi.
I Ch Northern 7:9  Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi.
I Ch Northern 7:10  Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar.
I Ch Northern 7:11  Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi.
I Ch Northern 7:12  İrin nəsilləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi.
I Ch Northern 7:13  Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsilləri idi.
I Ch Northern 7:14  Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir.
I Ch Northern 7:15  Makir Xuflulardan və Şuflulardan bir arvad aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi.
I Ch Northern 7:16  Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi.
I Ch Northern 7:17  Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəsli bunlardır.
I Ch Northern 7:18  Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu.
I Ch Northern 7:19  Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam.
I Ch Northern 7:20  Efrayimin nəsli: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat,
I Ch Northern 7:21  onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər.
I Ch Northern 7:22  Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi.
I Ch Northern 7:23  Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beria qoydu, çünki evinə bəla üz vermişdi.
I Ch Northern 7:24  Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzzen-Şeeranı tikdi.
I Ch Northern 7:25  Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan,
I Ch Northern 7:26  onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama,
I Ch Northern 7:28  Onların mülkləri və yaşadıqları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri,
I Ch Northern 7:29  həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəsli bu yerlərdə yaşadı.
I Ch Northern 7:30  Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah.
I Ch Northern 7:31  Berianın oğulları: Xever və Birzayitin atası olan Malkiel.
I Ch Northern 7:32  Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua.
I Ch Northern 7:33  Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat.
I Ch Northern 7:35  Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal.
I Ch Northern 7:36  Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra,
I Ch Northern 7:40  Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi.