Site uses cookies to provide basic functionality.

OK
II TIMOTHY
1 2 3 4
Prev Up Next Toggle notes
Chapter 4
II T Northern 4:1  Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki,
II T Northern 4:2  Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
II T Northern 4:3  Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar.
II T Northern 4:4  Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.
II T Northern 4:5  Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.
II T Northern 4:6  Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi.
II T Northern 4:7  Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.
II T Northern 4:8  İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
II T Northern 4:10  Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi.
II T Northern 4:11  Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir.
II T Northern 4:13  Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir.
II T Northern 4:14  Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.
II T Northern 4:15  Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi.
II T Northern 4:16  Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın.
II T Northern 4:17  Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum.
II T Northern 4:18  Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.
II T Northern 4:19  Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.
II T Northern 4:20  Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum.
II T Northern 4:21  Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir.
II T Northern 4:22  Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!