Site uses cookies to provide basic functionality.

OK
II TIMOTHY
1 2 3 4
Prev Up Next
Chapter 2
II T Northern 2:1  Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.
II T Northern 2:2  Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et.
II T Northern 2:3  Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş.
II T Northern 2:4  Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar.
II T Northern 2:5  Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz.
II T Northern 2:6  Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir.
II T Northern 2:7  Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.
II T Northern 2:8  Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla.
II T Northern 2:9  Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir.
II T Northern 2:10  Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm.
II T Northern 2:11  Bu söz etibarlıdır ki, «Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq;
II T Northern 2:12  Əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək.
II T Northern 2:13  Biz sadiq qalmasaq da, O sadiq qalacaq. Çünki Öz təbiətinə zidd davrana bilməz».
II T Northern 2:14  Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar.
II T Northern 2:15  Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.
II T Northern 2:16  Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır.
II T Northern 2:17  Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır.
II T Northern 2:18  Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər.
II T Northern 2:19  Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
II T Northern 2:20  Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur.
II T Northern 2:21  Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.
II T Northern 2:22  Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get.
II T Northern 2:23  Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən.
II T Northern 2:24  Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır.
II T Northern 2:25  Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar,
II T Northern 2:26  ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.