Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next
Chapter 15
Isai Northern 15:1  Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.
Isai Northern 15:2  Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı.
Isai Northern 15:3  Çula bürünərək küçələrdə, Damlarda, meydanlarda hər kəs fəryad edir, Göz yaşları sel kimi axır.
Isai Northern 15:4  Xeşbon və Elale fəryad edir, Səsləri Yahsaya qədər eşidilir. Buna görə Moav əsgərləri nalə çəkir, Ürəkləri qorxu içindədir.
Isai Northern 15:5  Ürəyim Moav üçün kədərlənir, Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.
Isai Northern 15:6  Nimrim suları quruduğu üçün ot soldu, Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.
Isai Northern 15:7  Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini Söyüdlər vadisindən keçirir.
Isai Northern 15:8  Xalqın ağlaşması Moav torpağını bürüyür, Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.
Isai Northern 15:9  Çünki Dimon suları qanla doludur, Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm, Moavdan qaçıb-qurtulanların, Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.