Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next Toggle notes
Chapter 12
Numb Northern 12:1  Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı.
Numb Northern 12:2  Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi.
Numb Northern 12:3  Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi.
Numb Northern 12:4  Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər.
Numb Northern 12:5  O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda
Numb Northern 12:6  Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin; Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb görüntüdə ona Özümü bildirərəm, Yuxuda onunla danışaram.
Numb Northern 12:7  Qulum Musa isə elə deyil, O bütün evimdə sadiqdir.
Numb Northern 12:8  Mən onunla müəmmalarla deyil, Üzbəüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?»
Numb Northern 12:9  Rəbb onlara bərk qəzəbləndi və oradan getdi.
Numb Northern 12:10  Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub.
Numb Northern 12:11  Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma.
Numb Northern 12:12  Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin».
Numb Northern 12:13  Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!»
Numb Northern 12:14  Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?»
Numb Northern 12:15  Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi.
Numb Northern 12:16  Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.