Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next
Chapter 3
Numb Northern 3:1  Rəbb Sina dağında Musa ilə danışdığı zaman Harunla Musanın nəsil tarixçəsi belədir.
Numb Northern 3:2  Harun oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar.
Numb Northern 3:3  Harun oğullarının kahinlik vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır.
Numb Northern 3:4  Nadav ilə Avihu Sina səhrasında Rəbbin önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları Harunun yanında kahinlik etdilər.
Numb Northern 3:6  «Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər.
Numb Northern 3:7  Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər.
Numb Northern 3:8  Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər.
Numb Northern 3:9  Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir.
Numb Northern 3:10  Harunla oğullarına tapşır ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün».
Numb Northern 3:12  «Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm. Levililər Mənimdir.
Numb Northern 3:13  Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm».
Numb Northern 3:15  «Levililəri ailələrinə, nəsillərinə görə siyahıya al. Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən olanları siyahıya al».
Numb Northern 3:16  Musa da Rəbbin sözünə görə əmr edildiyi kimi onları siyahıya aldı.
Numb Northern 3:17  Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari.
Numb Northern 3:18  Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey.
Numb Northern 3:19  Qohatın nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel.
Numb Northern 3:20  Merarinin nəsil başçısı olan oğulları: Maxli və Muşi. Ailələrinə görə Levi nəsilləri bunlardır.
Numb Northern 3:21  Livni və Şimey nəsilləri Gerşon nəslindəndir. Gerşon tayfaları bunlardır.
Numb Northern 3:22  Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 7500 nəfər siyahıya alındı.
Numb Northern 3:23  Gerşon nəsilləri qərb tərəfində məskənin arxasında düşərgə salmalıdırlar.
Numb Northern 3:24  Gerşon nəslinə mənsub olan ailələrin rəhbəri Lael oğlu Elyasafdır.
Numb Northern 3:25  Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə, Hüzur çadırının girişində olan arakəsməyə,
Numb Northern 3:26  həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.
Numb Northern 3:27  Amram, İshar, Xevron və Uzziel nəsilləri Qohat nəslindəndir. Qohat nəsilləri bunlardır.
Numb Northern 3:28  Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 8600 nəfər siyahıya alındı. Onlar müqəddəs əşyalara cavabdehdirlər.
Numb Northern 3:29  Qohat nəsilləri çadırın cənub tərəfində düşərgə salmalıdırlar.
Numb Northern 3:30  Qohat nəsillərinə mənsub ailələrin rəhbəri Uzziel oğlu Elisafandır.
Numb Northern 3:31  Onlar sandığa, masaya, çıraqdana, qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.
Numb Northern 3:32  Levili rəhbərlərinin rəhbəri kahin Harun oğlu Eleazardır. O, Müqəddəs yerə cavabdeh olanlara nəzarətçi təyin edilmişdir.
Numb Northern 3:33  Maxli və Muşi nəsilləri Merari nəslindəndir. Merari nəsilləri bunlardır.
Numb Northern 3:34  Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 6200 nəfər siyahıya alındı.
Numb Northern 3:35  Merari nəsillərinə mənsub ailələrin rəhbəri Avixayil oğlu Surieldir. Onlar məskənin şimal tərəfində düşərgə salmalıdırlar.
Numb Northern 3:36  Merarililərə məskənin çərçivələri, şüvülləri, dirəkləri, altlıqları, bütün avadanlığı və bunlarla əlaqədar bütün xidmət,
Numb Northern 3:37  məskənin ətrafındakı həyətin dirəkləri ilə altlıqları, payaları və ipləri həvalə olundu.
Numb Northern 3:38  Musa və Harun ilə oğulları məskənin şərq tərəfində, gündoğana doğru Hüzur çadırının önündə düşərgə salmalıdırlar. Onlar İsrail övladları üçün öz vəzifələrini yerinə yetirərək Müqəddəs məkana cavabdehdirlər. Oraya yaxınlaşan kənar adam öldürülməlidir.
Numb Northern 3:39  Rəbbin əmri ilə Musa və Harunun Levi nəsillərindən saydıqları bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olanlar cəmi 22 000 nəfər idi.
Numb Northern 3:40  Rəbb Musaya dedi: «Bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olan, ilk doğulan bütün İsrail övladlarını adları ilə siyahıya al.
Numb Northern 3:41  İsrail övladlarının bütün ilk oğlanlarının əvəzinə Levililəri və İsraillilərin ilk doğulan heyvanlarının əvəzinə Levililərin heyvanlarını Mənim üçün ayır. Rəbb Mənəm».
Numb Northern 3:42  Musa Rəbbin ona əmr etdiyi kimi etdi. İsrail övladları arasında bütün ilk doğulanları siyahıya aldı.
Numb Northern 3:43  Adları qeyd edilən, bir aylıq və ondan yuxarı yaşda ilk doğulan kişi cinsindən olanlar cəmi 22 273 nəfər idi.
Numb Northern 3:45  «Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm».
Numb Northern 3:46  İsraillilərin ilk oğlanlarından olub Levililərin sayını aşan 273 nəfəri satın almaq məqsədi ilə,
Numb Northern 3:47  hər adam üçün hər şekeldə iyirmi gera olan Müqəddəs yerdəki şekelə görə beş şekel götür.
Numb Northern 3:48  Onları Levililərin sayını aşanları satınalma ödənişi olaraq Haruna və oğullarına ver.
Numb Northern 3:49  Musa Levililərlə əvəz olanların sayını aşan İsrail övladlarından satınalma ödənişini götürdü.
Numb Northern 3:50  İsrail övladlarının ilk oğlanlarından Müqəddəs yerdəki şekelə görə 1365 şekel aldı.
Numb Northern 3:51  Musa Rəbbin sözünə görə, Rəbbin ona əmr etdiyi kimi satınalma ödənişini Harunla oğullarına verdi.