Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next
Chapter 4
Numb Northern 4:2  «Levililər arasından Qohat övladlarına mənsub nəsillərlə ailələri siyahıya alın.
Numb Northern 4:3  Hüzur çadırında xidmət etməyə gələn otuz yaşından əlli yaşına qədər kişilərin hamısını hesablayın.
Numb Northern 4:4  Qohatlıların Hüzur çadırında xidməti budur: ən müqəddəs əşyalara baxmaq.
Numb Northern 4:5  Düşərgə yola düşəndə Harunla oğulları içəri girsinlər, arakəsmə pərdəsini endirərək onunla Şəhadət sandığını örtsünlər.
Numb Northern 4:6  Onun üzərinə suiti dərisindən örtük çəkərək üstünə büsbütün bənövşəyi kətan sərsinlər və onun şüvüllərini yerinə qoysunlar.
Numb Northern 4:7  Təqdis masası üzərinə bənövşəyi kətan sərərək kətanın üstündə sinilər, nimçələr, dolçalar və içmə təqdimi tökmək üçün piyalələr olmalıdır. Daimi çörək onun üzərində qalsın.
Numb Northern 4:8  Onların üzərinə al rəngli bir kətan sərərək suiti dərisindən bir örtük çəksinlər və onun şüvüllərini yerinə qoysunlar.
Numb Northern 4:9  Bənövşəyi kətan götürüb, işıq verəcək çıraqdanı, çıraqlarını, maşalarını, xəkəndazlarını və çıraqdan xidmətində işlədilən bütün zeytun yağı qablarını örtsünlər.
Numb Northern 4:10  Çıraqdanı və onun bütün avadanlığını suiti dərisindən bir örtüklə sarıyıb xərəyə qoysunlar.
Numb Northern 4:11  Qızıl qurbangahın üzərinə bənövşəyi kətan sərərək onu suiti dərisindən bir örtüklə örtsünlər və şüvüllərini taxsınlar.
Numb Northern 4:12  Müqəddəs yerdə ibadət zamanı işlədilən bütün əşyaları götürərək bənövşəyi kətanla sarısınlar və suiti dərisindən bir örtüklə örtüb xərəyə qoysunlar.
Numb Northern 4:13  Qurbangahdan külü təmizləyib, üzərinə tünd qırmızı kətan çəksinlər.
Numb Northern 4:14  İbadət zamanı işlədilən bütün əşyaları: xəkəndazı, çəngəlləri, kürəkləri, ləyənləri, qurbangahın bütün avadanlığını onun üzərinə qoysunlar. Sonra bunların üstünü suiti dərisindən bir örtüklə örtüb şüvüllərini taxsınlar.
Numb Northern 4:15  Düşərgə yola düşəndə Harunla oğulları müqəddəs əşyaları və bütün avadanlığı örtməyi qurtarandan sonra Qohatlılar onu daşımağa gəlsinlər. Amma müqəddəs şeylərə toxunmamalıdırlar ki, ölməsinlər. Hüzur çadırında olan bu şeyləri daşımaq məsuliyyəti Qohatlılara aiddir.
Numb Northern 4:16  Kahin Harun oğlu Eleazarın işi çıraq üçün zeytun yağına, ətirli buxura, daimi taxıl təqdimi və məsh yağına nəzarət etməkdir. O bütün məskənə və içində olan hər şeyə, müqəddəs yerlə avadanlığına nəzarət edəcəkdir».
Numb Northern 4:18  «Qoymayın ki Levililər arasından Qohatlıların nəsilləri yox olsun.
Numb Northern 4:19  Ancaq ən müqəddəs şeylərə yaxınlaşdıqları zaman ölməyib sağ qalsınlar deyə Harunla oğulları içəri girib onların hərəsini öz işinin üstünə və öz yükünün başında qoysun.
Numb Northern 4:20  Lakin Qohatlılar bir an belə, içəri girib müqəddəs əşyalara baxmasınlar, yoxsa ölərlər».
Numb Northern 4:22  «Gerşonluları da mənsub olduqları ailələrə və nəsillərə görə siyahıya al.
Numb Northern 4:23  Onlardan otuz yaşından əlli yaşına qədər olanların hamısını siyahıya al. Qoy xidmət edib Hüzur çadırında iş görmək üçün gəlsinlər.
Numb Northern 4:24  İş görmək və yük daşımaq xüsusunda Gerşon nəsillərinin vəzifəsi budur:
Numb Northern 4:25  Müqəddəs məskənin pərdələrini, Hüzur çadırı ilə onun örtüyünü, üzərindəki suiti dərisindən xarici örtüyü, Hüzur çadırının girişində olan arakəsməni,
Numb Northern 4:26  həyətin pərdələrini və qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərini və onların ibadət üçün işlənən bütün əşyalarını daşısınlar; bu şeylərlə görüləcək bütün işləri Gerşonlular görsünlər.
Numb Northern 4:27  İstər yük daşımaq, istərsə başqa iş görmək, edəcəkləri bütün xidmətlər Harunla oğullarının rəhbərliyi ilə görülsün. Gerşonlular daşıyacaqları hər yükə cavabdeh olsunlar.
Numb Northern 4:28  Hüzur çadırında Gerşon nəsillərinin xidməti budur. Onların vəzifələri kahin Harun oğlu İtamarın nəzarəti altında olsun.
Numb Northern 4:29  Merarililəri mənsub olduqları nəsillərə və ailələrə görə siyahıya al.
Numb Northern 4:30  Otuz yaşından əlli yaşına qədər Hüzur çadırının işini görmək üçün gələnlərin hamısını siyahıya al.
Numb Northern 4:31  Hüzur çadırında xidmət edərkən onların vəzifəsi budur: məskənin çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,
Numb Northern 4:32  çadırın ətrafındakı həyətin dirəkləri ilə altlıqlarını, payalarını, iplərini, bütün avadanlığını və işlətdikləri hər şeyi daşımaq. Hər kəsi adbaad təyin et ki, müəyyən əşyaları daşısın.
Numb Northern 4:33  Hüzur çadırında Merari nəsillərinin vəzifəsi budur. Onlar kahin Harun oğlu İtamarın nəzarəti altında xidmət edəcəklər».
Numb Northern 4:34  Musa ilə Harun və icma başçıları, Qohatlılardan nəsillərə və ailələrə görə
Numb Northern 4:35  otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısını siyahıya aldılar.
Numb Northern 4:36  Nəsillərinə görə 2 750 nəfər siyahıya alındı.
Numb Northern 4:37  Hüzur çadırında xidmət edən Qohat nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar.
Numb Northern 4:38  Gerşonlulardan nəsillərinə və ailələrinə görə
Numb Northern 4:39  otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.
Numb Northern 4:40  Nəsillərinə və ailələrinə görə 2630 nəfər siyahıya alındı.
Numb Northern 4:41  Gerşon nəslindən siyahıya alınan, Hüzur çadırında xidmət edən kişilərin cəmi bu idi. Rəbbin əmrinə görə Musa ilə Harun onları siyahıya aldılar.
Numb Northern 4:42  Merari övladlarından nəsillərinə və ailələrinə görə
Numb Northern 4:43  otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.
Numb Northern 4:44  Nəsillərinə görə 3200 nəfər siyahıya alındı.
Numb Northern 4:45  Hüzur çadırında xidmət edən Merari nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsi ilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar.
Numb Northern 4:46  Musa ilə Harun və İsrail rəhbərləri, nəsillərinə və ailələrinə görə bütün Levililəri,
Numb Northern 4:47  otuz yaşından əlli yaşına qədər, Hüzur çadırında xidmət etmək və yük daşımaq üçün gələn kişilərin hamısını siyahıya aldılar.
Numb Northern 4:49  Rəbbin əmrinə görə hər biri edəcəyi xidmətə və daşıyacağı yükə görə Musanın nəzarəti ilə siyahıya alındılar; onlar Rəbbin Musaya əmr etdiyi kimi siyahıya alındılar.