NUMBERS
Chapter 10
Numb | Northern | 10:2 | «Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət. | |
Numb | Northern | 10:3 | İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın. | |
Numb | Northern | 10:4 | Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar. | |
Numb | Northern | 10:6 | Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın. | |
Numb | Northern | 10:8 | Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. | |
Numb | Northern | 10:9 | Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız. | |
Numb | Northern | 10:10 | Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm». | |
Numb | Northern | 10:11 | İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi. | |
Numb | Northern | 10:12 | İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı. | |
Numb | Northern | 10:14 | Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi. | |
Numb | Northern | 10:17 | Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər. | |
Numb | Northern | 10:18 | Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi. | |
Numb | Northern | 10:21 | Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar. | |
Numb | Northern | 10:22 | Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi. | |
Numb | Northern | 10:25 | Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi. | |
Numb | Northern | 10:29 | Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib». | |
Numb | Northern | 10:30 | Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm». | |
Numb | Northern | 10:31 | Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et. | |
Numb | Northern | 10:33 | İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin. | |
Numb | Northern | 10:34 | Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt Rəbbin buludu gündüz onların üzərində idi. | |
Numb | Northern | 10:35 | Sandıq yola düşəndə Musa deyirdi: «Ya Rəbb qalx! Qoy düşmənlərin dağılsın, Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın». | |