Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next
Chapter 10
Numb Northern 10:2  «Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət.
Numb Northern 10:3  İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın.
Numb Northern 10:4  Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar.
Numb Northern 10:5  Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər.
Numb Northern 10:6  Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın.
Numb Northern 10:7  Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın.
Numb Northern 10:8  Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
Numb Northern 10:9  Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.
Numb Northern 10:10  Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm».
Numb Northern 10:11  İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi.
Numb Northern 10:12  İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı.
Numb Northern 10:13  İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər.
Numb Northern 10:14  Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi.
Numb Northern 10:15  İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi.
Numb Northern 10:16  Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi.
Numb Northern 10:17  Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.
Numb Northern 10:18  Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi.
Numb Northern 10:19  Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi.
Numb Northern 10:20  Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.
Numb Northern 10:21  Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.
Numb Northern 10:22  Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi.
Numb Northern 10:23  Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi.
Numb Northern 10:24  Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi.
Numb Northern 10:25  Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi.
Numb Northern 10:27  Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi.
Numb Northern 10:28  İsrail ordu dəstələri bu nizamla yola düşərdilər.
Numb Northern 10:29  Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib».
Numb Northern 10:30  Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm».
Numb Northern 10:31  Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et.
Numb Northern 10:32  Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik».
Numb Northern 10:33  İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin.
Numb Northern 10:34  Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt Rəbbin buludu gündüz onların üzərində idi.
Numb Northern 10:35  Sandıq yola düşəndə Musa deyirdi: «Ya Rəbb qalx! Qoy düşmənlərin dağılsın, Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın».
Numb Northern 10:36  Sandıq dayananda belə deyirdi: «Ya Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt».