Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next Toggle notes
Chapter 23
Numb Northern 23:1  Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla».
Numb Northern 23:2  Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər.
Numb Northern 23:3  Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.
Numb Northern 23:4  Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim».
Numb Northern 23:5  Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de».
Numb Northern 23:6  Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar.
Numb Northern 23:7  Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi.
Numb Northern 23:8  Allahın lənət etmədiyinə mən necə lənət edim? Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?
Numb Northern 23:9  Qayaların zirvəsindən onları görürəm mən, Təpələrdən onlara baxıram. Müstəqil yaşayan, Ellərdən özünü ayıran Bir xalq görürəm.
Numb Northern 23:10  Kim Yaqubun tozunu saya bilər? İsrailin dörddə birini Axı kim hesablar? Qoy saleh adamların ölümü ilə ölüm! Onlar necə olubsa, sonum elə olsun!»
Numb Northern 23:11  Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!»
Numb Northern 23:12  Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?»
Numb Northern 23:13  Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu».
Numb Northern 23:14  Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi.
Numb Northern 23:15  Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur».
Numb Northern 23:16  Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de».
Numb Northern 23:17  Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?»
Numb Northern 23:18  Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə; Ey Sippor oğlu, mənə qulaq as.
Numb Northern 23:19  Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
Numb Northern 23:20  Budur, xeyir-dua üçün əmr aldım; O, xeyir-dua vermişdir, Mən onu dəyişə bilmərəm.
Numb Northern 23:21  Yaqubda bədbəxtlik üz verməyəcək. İsraildə bəla olmayacaq. Özlərinin Allahı Rəbb onlarladır, Onları padşah kimi alqışlayırlar.
Numb Northern 23:22  Allah onları Misirdən çıxardı; Onların çöl öküzü kimi qüvvəti vardır.
Numb Northern 23:23  Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!”
Numb Northern 23:24  Budur, xalq dişi aslan tək oyanır, Şir kimi qalxır, Şikarını yeməyincə, Ölənlərin qanını içməyincə yatmayacaq».
Numb Northern 23:25  Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver».
Numb Northern 23:26  Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?»
Numb Northern 23:27  Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan».
Numb Northern 23:28  Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı.
Numb Northern 23:29  Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla».
Numb Northern 23:30  Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi.