Site uses cookies to provide basic functionality.

OK
ROMANS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Prev Up Next
Chapter 12
Roma Northern 12:1  Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Roma Northern 12:2  Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Roma Northern 12:3  Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün.
Roma Northern 12:4  Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil.
Roma Northern 12:5  Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik.
Roma Northern 12:6  Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin;
Roma Northern 12:7  ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin;
Roma Northern 12:8  nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.
Roma Northern 12:9  Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
Roma Northern 12:10  Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
Roma Northern 12:11  Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
Roma Northern 12:12  Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
Roma Northern 12:13  Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
Roma Northern 12:14  Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.
Roma Northern 12:15  Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
Roma Northern 12:16  Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın.
Roma Northern 12:17  Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin.
Roma Northern 12:18  İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.
Roma Northern 12:19  Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm».
Roma Northern 12:20  Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən».
Roma Northern 12:21  Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.