Site uses cookies to provide basic functionality.

OK
ROMANS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Prev Up Next Toggle notes
Chapter 14
Roma Northern 14:1  İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin.
Roma Northern 14:2  Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.
Roma Northern 14:3  Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib.
Roma Northern 14:4  Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir.
Roma Northern 14:5  Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun.
Roma Northern 14:6  Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir.
Roma Northern 14:7  Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük.
Roma Northern 14:8  Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq.
Roma Northern 14:9  Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
Roma Northern 14:10  Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq.
Roma Northern 14:11  Çünki yazılıb: «Rəbb deyir: Varlığıma and içdim, Hər diz önümdə çökəcək, Hər dil Allah olduğumu bildirəcək».
Roma Northern 14:12  Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.
Roma Northern 14:13  Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız.
Roma Northern 14:14  Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır.
Roma Northern 14:15  Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə.
Roma Northern 14:16  İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin.
Roma Northern 14:17  Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.
Roma Northern 14:18  Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır.
Roma Northern 14:19  Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək.
Roma Northern 14:20  Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir.
Roma Northern 14:21  Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb olmayan isə yaxşılıq edir.
Roma Northern 14:22  Bu məsələlərdə etiqadını Allahın önündə öz ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır!
Roma Northern 14:23  Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır.