ROMANS
Chapter 16
Roma | Northern | 16:1 | Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm. | |
Roma | Northern | 16:2 | Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib. | |
Roma | Northern | 16:4 | Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. | |
Roma | Northern | 16:5 | Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın. | |
Roma | Northern | 16:7 | Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın. | |
Roma | Northern | 16:10 | Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın. | |
Roma | Northern | 16:11 | Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın. | |
Roma | Northern | 16:12 | Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın. | |
Roma | Northern | 16:14 | Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın. | |
Roma | Northern | 16:15 | Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin. | |
Roma | Northern | 16:16 | Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir. | |
Roma | Northern | 16:17 | Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. | |
Roma | Northern | 16:18 | Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. | |
Roma | Northern | 16:19 | Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. | |
Roma | Northern | 16:20 | Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun! | |
Roma | Northern | 16:23 | Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var. Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir. | |
Roma | Northern | 16:25 | Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; | |
Roma | Northern | 16:26 | bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; | |