Site uses cookies to provide basic functionality.

OK
ROMANS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Prev Up Next Toggle notes
Chapter 6
Roma Northern 6:1  Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın?
Roma Northern 6:2  Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik?
Roma Northern 6:3  Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik?
Roma Northern 6:4  Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
Roma Northern 6:5  Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq.
Roma Northern 6:6  Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi.
Roma Northern 6:8  Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq.
Roma Northern 6:9  Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz.
Roma Northern 6:10  Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
Roma Northern 6:11  Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
Roma Northern 6:12  Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
Roma Northern 6:13  Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
Roma Northern 6:14  Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.
Roma Northern 6:15  İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla!
Roma Northern 6:16  Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız? Ya ölümə aparan günahın ya da salehliyə aparan itaətin qulları ola bilərsiniz.
Roma Northern 6:17  Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr etdiyiniz təlimin nümunəsinə ürəkdən itaət etdiniz.
Roma Northern 6:18  Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
Roma Northern 6:19  Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin.
Roma Northern 6:20  Çünki siz günahın qulları olanda salehliyə əməl etməkdən azad idiniz.
Roma Northern 6:21  Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür.
Roma Northern 6:22  Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.
Roma Northern 6:23  Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.