ECCLESIASTES
Chapter 10
| Eccl | Northern | 10:1 | Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər. | |
| Eccl | Northern | 10:4 | Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər. | |
| Eccl | Northern | 10:10 | Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar. | |
| Eccl | Northern | 10:12 | Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar. | |
| Eccl | Northern | 10:14 | Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər? | |
| Eccl | Northern | 10:15 | Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir. | |
| Eccl | Northern | 10:16 | Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə! | |
| Eccl | Northern | 10:17 | Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə! | |