ISAIAH
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
Chapter 27
| Isai | Northern | 27:1 | O gün Rəbb Livyatana, qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilana Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək, Dənizdəki əjdahanı öldürəcək. | |
| Isai | Northern | 27:3 | Mən Rəbb, bağı qoruyuram, Tez-tez sulayıram, Gecə-gündüz keşiyində dururam ki, Heç kəs ona zərər verməsin. | |
| Isai | Northern | 27:4 | Mən qəzəblənmirəm, Kaş qarşıma tikan və qanqal çıxaydı, Onda onlara qarşı çıxıb döyüşərdim, Hamısını odda yandırardım. | |
| Isai | Northern | 27:5 | Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli, qoy Mənimlə barışsınlar». | |
| Isai | Northern | 27:6 | Yaqub nəsli gələcəkdə kök salacaq, İsrail şaxələnəcək, çiçəklənəcək, Yer üzünü bəhrələri ilə dolduracaq. | |
| Isai | Northern | 27:7 | Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu? Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü? | |
| Isai | Northern | 27:8 | Rəbb Öz xalqına hökm etdi, Qovub sürgünə göndərdi. Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu. | |
| Isai | Northern | 27:9 | Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq, Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq: Bütpərəst qurbangahların daşları Tabaşir kimi ovulacaq, İlahə Aşeranın rəmzi olan sütunlar Ya da buxur qurbangahları Bir daha dikəlməyəcək. | |
| Isai | Northern | 27:10 | İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq. | |
| Isai | Northern | 27:11 | Şaxələri quruyanda qoparılacaq, Qadınlar gəlib onları yandıracaq. Bu xalq ağılsız olduğuna görə Yaradan onlara rəhm etməyəcək, Xaliq onlara qarşı xeyirxah olmayacaq. | |
| Isai | Northern | 27:12 | O gün Rəbb Fərat çayından Misir vadisinə qədər Öz bəhrələrini yığacaq. Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları! | |