Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next
Chapter 62
Isai Northern 62:1  Salehliyi nur kimi saçanadək, Qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam.
Isai Northern 62:2  Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
Isai Northern 62:3  Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
Isai Northern 62:4  Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq.
Isai Northern 62:5  Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq.
Isai Northern 62:6  Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,
Isai Northern 62:7  Rəbb Yerusəlimi bərpa edənədək, Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək Ona rahatlıq verməyin!
Isai Northern 62:8  Rəbb sağ əlini, güclü qolunu Qaldırıb and içdi: «Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm, Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.
Isai Northern 62:9  Taxılı yığan yeyəcək, Rəbbə həmdlər edəcək. Üzümü toplayan şərabını Məbədimin həyətlərində içəcək».
Isai Northern 62:10  Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın!
Isai Northern 62:11  Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi: «Sion qızına deyin: “Budur, qurtuluşun gəlir, Rəbbin mükafatı onunladır, Ənamı önündədir”».
Isai Northern 62:12  Sion xalqına «Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər. Sən, ey Yerusəlim, «Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.