Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 64
Isai Northern 64:1  Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!
Isai Northern 64:2  Alov kolluğu yandıran kimi, Od suyu qaynadan kimi Adını yağılarına tanıtdıraydın, Millətlər önündə lərzəyə gələrdi!
Isai Northern 64:3  Sən gözləmədiyimiz əzəmətli işlər edəndə Endin yer üzünə, dağlar önündə sarsıldı.
Isai Northern 64:4  Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
Isai Northern 64:5  Sevinə-sevinə salehlik edəni, Yollarında Səni xatırlayanları qarşılayırsan. Amma biz günaha batdıq, Sən qəzəbləndin. Beləcə xeyli vaxt yaşadıq, Bəs biz necə xilas ola bilərik?
Isai Northern 64:6  Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
Isai Northern 64:7  Sənin adını çəkən yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, Şər əməllərimizə görə bizi yox etdin.
Isai Northern 64:8  Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik.
Isai Northern 64:9  Ya Rəbb, çox qəzəblənmə, Şər əməllərimizi heç vaxt xatırlama, Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
Isai Northern 64:10  Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı.
Isai Northern 64:11  Atalarımızın Sənə həmd etdikləri yer – Müqəddəs, şanlı məbədimiz yandı, Gözəl binalarımız xaraba qaldı.
Isai Northern 64:12  Bütün bunlardan sonra, Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı? Susub bizi nə qədər alçaldacaqsan?