JEREMIAH
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
Chapter 30
Jere | Northern | 30:2 | «İsrailin Allahı Rəbb belə deyir: “Sənə söylədiyim bütün sözləri bir kitaba yaz”. | |
Jere | Northern | 30:3 | Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür. | |
Jere | Northern | 30:6 | İndi soruşun, bilin ki, Kişi də uşaq doğarmı? Elə isə nə üçün doğan qadın kimi Hər kişinin əllərini belində görürəm? Nə üçün hamının bənizi solub? | |
Jere | Northern | 30:7 | Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, Ancaq yenə də bundan qurtulacaq”. | |
Jere | Northern | 30:8 | Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək. | |
Jere | Northern | 30:9 | Ancaq özlərinin Allahı Rəbbə, onlara təyin edəcəyim padşahları Davuda qulluq edəcəklər”. | |
Jere | Northern | 30:10 | Rəbb bəyan edir: “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail. Çünki səni uzaq yerlərdən, Nəslini sürgün olunduğu ölkədən qurtaracağam. Yaqub nəsli yenə geri qayıdacaq, Rahatlıq tapıb qayğısız olacaq, Onu kimsə qorxutmayacaq. | |
Jere | Northern | 30:11 | Çünki Mən səninləyəm, Səni qurtaracağam” Rəbb belə bəyan edir. “Səni aralarına apardığım Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Səni ədalətlə tərbiyələndirəcəyəm, Amma cəzasız da qoymayacağam”. | |
Jere | Northern | 30:13 | Məhkəmədə işinə baxan yoxdur, Xəstəliyinə dərman yoxdur, Sənin dərdinə əlac yoxdur. | |
Jere | Northern | 30:14 | Bütün müttəfiqlərin səni unutdu, Səni arayıb-axtarmırlar. Düşmən vuran kimi Mən səni vurdum. Rəhmsizcəsinə cəzalandırdım. Çünki təqsirkarlığın böyükdür, Günahların çoxdur. | |
Jere | Northern | 30:15 | Niyə yarandan ötrü qışqırırsan? Dərdin şəfa tapmaz. Bu işləri ona görə sənə etdim ki, Təqsirkarlığın böyükdür, Günahların çoxdur. | |
Jere | Northern | 30:16 | Ancaq səni yeyənlərin də hamısı yem olacaq. Bütün düşmənlərin sürgünə gedəcək. Səni soyanlar soyulacaq, Səni qarət edənlər qarət olunacaq”. | |
Jere | Northern | 30:17 | Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam, Yaralarına şəfa verəcəyəm. Çünki deyirlər ki, Sion rədd edilib, Onu axtaran yoxdur”. | |
Jere | Northern | 30:18 | Rəbb belə deyir: “Mən Yaqubun çadırlarını Sürgündən geri qaytaracağam. Onun məskənlərinə rəhm edəcəyəm. Şəhər yenidən viranələri üzərində tikiləcək, Saray öz yerində bərpa olunacaq. | |
Jere | Northern | 30:19 | Onların arasından Şükür və şənlik səsləri eşidiləcək. Mən onları çoxaldacağam, azalmayacaqlar, İzzətləndirəcəyəm, alçalmayacaqlar. | |
Jere | Northern | 30:20 | Övladları əvvəlki kimi olacaq, İcması önümdə möhkəm duracaq. Onları sıxışdıranların hamısını cəzalandıracağam. | |
Jere | Northern | 30:21 | Rəhbərləri özlərindən olacaq, Başçıları aralarından çıxacaq. Onu özümə yaxınlaşdıracağam, O da Mənə yaxınlaşacaq. Başqa cür kim Mənə özü yaxınlaşmağa Cürət edə bilər?” Rəbb belə bəyan edir. | |
Jere | Northern | 30:23 | Budur, Rəbbin fırtınası qəzəblə qopacaq, Şiddətli qasırğası Pis adamların başında çatlayacaq. | |