JEREMIAH
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
Chapter 48
Jere | Northern | 48:1 | Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vay Nevonun halına! Çünki viranəliyə çevriləcək. Qiryatayim dağılacaq, Ələ keçiriləcək. Qalası dağılacaq, Darmadağın olacaq. | |
Jere | Northern | 48:2 | Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq. | |
Jere | Northern | 48:5 | Ağlaya-ağlaya Luxit yoxuşundan çıxırlar, Çünki Xoronayim enişində Qırğına görə acı fəryadlar eşidilir. | |
Jere | Northern | 48:7 | Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək. | |
Jere | Northern | 48:8 | Rəbbin söylədiyi kimi Məhv edən hər şəhərin üstünə gələcək, Heç bir şəhər qurtulmayacaq. Vadi yerlə yeksan olacaq, Yayla viran ediləcək. | |
Jere | Northern | 48:9 | Moav torpağına duz tökün ki, Bərəkətsiz olsun. Şəhərləri elə viran olacaq ki, Orada kimsə yaşamayacaq. | |
Jere | Northern | 48:10 | Rəbbin işini yarımçıq görənə Lənət olsun! Qılıncını qan tökməkdən saxlayana Lənət olsun! | |
Jere | Northern | 48:11 | Moav cavanlığından bəri qayğısız idi. Tortası dibdə qalan şəraba oxşayırdı. Qabdan qaba boşaldılmadı, Sürgünə getmədi. Buna görə də dadını dəyişmədi, Ətrini itirmədi. | |
Jere | Northern | 48:12 | Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər. | |
Jere | Northern | 48:13 | İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq. | |
Jere | Northern | 48:15 | Moav məhv olacaq, Onun şəhərlərinə hücum edəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək» Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir. | |
Jere | Northern | 48:17 | Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!” | |
Jere | Northern | 48:18 | Ey qıza bənzəyən Divonun sakini, Cah-calalından düş, Susuz yerdə otur. Çünki Moavı məhv edən Sənin də üstünə gələcək, Qalalarını dağıdacaq. | |
Jere | Northern | 48:19 | Ey Aroer sakini, Yol kənarında durub gözlə! Qaçan kişidən, qurtulan qadından “Nə olub?” deyə soruş. | |
Jere | Northern | 48:20 | Moav alçaldıldı, Çünki dağıldı. Fəryad et, bağır! Moavın məhv olduğunu Arnon vadisində bildir. | |
Jere | Northern | 48:26 | «Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək. | |
Jere | Northern | 48:27 | Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən? | |
Jere | Northern | 48:28 | Ey Moav sakinləri, Şəhərlərinizi tərk edib Qayalara sığının. Yuvasını uçurumun ağzında quran Göyərçin kimi olun. | |
Jere | Northern | 48:29 | Moavın qüruru, onun hədsiz məğrurluğu, Təkəbbürü, təşəxxüsü, lovğalığı, Özünü yüksək tutması barədə biz eşitmişdik. | |
Jere | Northern | 48:30 | Azğınlığını bilirəm» Rəbb belə bəyan edir. «Öyünməsi də boş şeydir, etdikləri də. | |
Jere | Northern | 48:31 | Buna görə də Moav üçün nalə çəkəcəyəm, Bütün Moav üçün fəryad edəcəyəm, Qir-Xeres xalqı üçün yas tutacağam. | |
Jere | Northern | 48:32 | Ey Sivma tənəyi, Sənin üçün Yazer xalqından çox ağlayacağam. Budaqların Ölü dənizi aşıb Yazerə çatdı. Məhv edən sənin yay meyvələrinin, Yetişmiş üzümünün üstünə atıldı. | |
Jere | Northern | 48:33 | Moavın meyvə bağlarından, tarlalarından Sevinc və fərəh götürüldü. Üzümsıxanlardan axan şərabı kəsdim. Heç kəs sevinc nidası ilə üzüm əzmir. Gələn səda sevinc nidası deyil. | |
Jere | Northern | 48:34 | Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. | |
Jere | Northern | 48:35 | Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir. | |
Jere | Northern | 48:36 | «Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu. | |
Jere | Northern | 48:38 | Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir. | |
Jere | Northern | 48:39 | «Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu». | |
Jere | Northern | 48:40 | Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək. | |
Jere | Northern | 48:41 | Qeriyot ələ keçiriləcək, Qalalar alınacaq. O gün Moav döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. | |
Jere | Northern | 48:42 | Moav viran olacaq, Xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı. | |
Jere | Northern | 48:43 | Ey Moav sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq» Rəbb belə bəyan edir. | |
Jere | Northern | 48:44 | «Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Çünki Moavın üzərinə Cəza ilini gətirəcəyəm» Rəbb belə bəyan edir. | |
Jere | Northern | 48:45 | «Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar. Çünki Xeşbondan od, Sixonun ortasından alov çıxdı. Moavın alnını, Hər yana səs salanların başlarını Yandırıb-yaxdı. | |
Jere | Northern | 48:46 | Vay halına, ey Moav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, Qızların əsir alındı. | |