JEREMIAH
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
Chapter 9
Jere | Northern | 9:1 | Kaş ki başım bulaq olaydı, Gözlərim yaş çeşməsinə dönəydi, Əziz xalqımdan öldürülənlərə Gecə-gündüz yas tutaydım. | |
Jere | Northern | 9:2 | Kaş ki kimsə mənə səhrada Səyyahların sığınacağını verəydi! Mən xalqımı tərk edib Onlardan uzaqlaşardım. Çünki onların hamısı Zinakar və xain yığınıdır. | |
Jere | Northern | 9:3 | «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir. | |
Jere | Northern | 9:4 | «Hər kəs dostundan çəkinsin, Heç qardaşına da etibar etməsin. Çünki hər qardaş başqasına badalaq gəlir, Hər dost böhtançıdır. | |
Jere | Northern | 9:5 | Hər kəs öz dostunu aldadır, Doğru söyləmir. Onlar dillərini yalan danışmağa öyrətdi, Yorulana qədər günah işlətdi. | |
Jere | Northern | 9:6 | Ey Yeremya, hiylə içində yaşayırsan, Hiylədən ötrü Məni tanımaq istəmirlər» Rəbb belə bəyan edir. | |
Jere | Northern | 9:7 | Buna görə də Ordular Rəbbi belə deyir: «Mən onları əridəcəyəm, Sınaqdan keçirəcəyəm. Axı Mən əziz xalqımla Başqa cür necə rəftar edə bilərəm? | |
Jere | Northern | 9:8 | Dilləri öldürücü oxdur, Məkrlə danışırlar. Ağzı ilə qonşusuna xoş sözlər söyləyir, Ürəyində isə ona tələ qururlar». | |
Jere | Northern | 9:9 | Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı?» | |
Jere | Northern | 9:10 | Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi. | |
Jere | Northern | 9:11 | «Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb. | |
Jere | Northern | 9:12 | Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir? | |
Jere | Northern | 9:13 | Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər, | |
Jere | Northern | 9:14 | ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər. | |
Jere | Northern | 9:15 | Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm. | |
Jere | Northern | 9:16 | Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”». | |
Jere | Northern | 9:17 | Ordular Rəbbi belə deyir: «İndi düşünün, Mərsiyəçi qadınları çağırın gəlsinlər, Bu işdə bacarıqlı olanları Gətirin gəlsinlər. | |
Jere | Northern | 9:18 | Qoy onlar tələsib o qədər Bizim üçün fəryad etsinlər ki, Gözlərimizdən yaş axsın, Kirpiklərimizdən su süzülsün». | |
Jere | Northern | 9:19 | Çünki Siondan fəryad səsi eşidilir: «Biz necə talan olunduq, Yaman rüsvay edildik. Çünki ölkəni tərk edirik, Məskənlərimiz dağıdılır». | |
Jere | Northern | 9:20 | Ey qadınlar, Rəbbin sözünü eşidin, Ağzından çıxan sözə qulaq asın. Qızlarınıza fəryad etməyi öyrədin, Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin. | |
Jere | Northern | 9:21 | Çünki ölüm pəncərələrimizə dırmaşdı, Saraylarımıza girdi ki, Küçədə uşaqları, Meydanlarda cavanları qırıb-çatsın. | |
Jere | Northern | 9:22 | Sən söylə ki, Rəbb belə bəyan edir: «İnsan cəsədləri tarlada peyin kimi, Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq. Onları yığıb aparan olmayacaq». | |
Jere | Northern | 9:23 | Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin. | |
Jere | Northern | 9:24 | Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını Dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram» Rəbb belə bəyan edir. | |
Jere | Northern | 9:25 | Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam. | |