Site uses cookies to provide basic functionality.

OK
ACTS
Prev Up Next Toggle notes
Chapter 18
Acts Northern 18:1  Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi.
Acts Northern 18:2  Orada Pontda doğulan Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə İtaliyadan yenicə gəlmişdi. Çünki Klavdi əmr vermişdi ki, Romada olan bütün Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi.
Acts Northern 18:3  Onların peşəsi çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb çalışdı.
Acts Northern 18:4  Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, həm də Yunanları inandırırdı.
Acts Northern 18:5  Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi.
Acts Northern 18:6  Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm».
Acts Northern 18:7  Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi.
Acts Northern 18:8  Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu.
Acts Northern 18:9  Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma.
Acts Northern 18:10  Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur».
Acts Northern 18:11  Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
Acts Northern 18:12  Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar.
Acts Northern 18:13  Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır».
Acts Northern 18:14  Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim.
Acts Northern 18:15  Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm».
Acts Northern 18:16  Beləliklə, onları hökm kürsüsündən qovdu.
Acts Northern 18:17  Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi.
Acts Northern 18:18  Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi.
Acts Northern 18:19  Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı.
Acts Northern 18:20  Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı.
Acts Northern 18:21  Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi.
Acts Northern 18:22  Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi.
Acts Northern 18:23  Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi.
Acts Northern 18:24  Bu ərəfədə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi,
Acts Northern 18:25  Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi.
Acts Northern 18:26  O, sinaqoqda cəsarətlə danışmağa başladı. Ona qulaq asan Priskila ilə Akila onu yanlarına çəkib Allah yolu barədə daha dəqiq izahat verdilər.
Acts Northern 18:27  Apollo Axayyaya getmək istəyəndə bacı-qardaşlar onu həvəsləndirdilər və oradakı şagirdlərə məktub yazdılar ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilə iman edənlərə çox kömək etdi.
Acts Northern 18:28  Belə ki Müqəddəs Yazılarla İsanın Məsih olduğunu sübuta yetirərək Yəhudilərin iddialarını açıq şəkildə və güclü surətdə inkar edirdi.