ACTS
Chapter 22
Acts | Northern | 22:2 | Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı. Paul sözünə davam etdi: | |
Acts | Northern | 22:3 | «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. | |
Acts | Northern | 22:4 | İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım. | |
Acts | Northern | 22:5 | Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim. | |
Acts | Northern | 22:6 | Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı. | |
Acts | Northern | 22:7 | Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” | |
Acts | Northern | 22:8 | Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”. | |
Acts | Northern | 22:10 | Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”. | |
Acts | Northern | 22:11 | O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardılar. | |
Acts | Northern | 22:12 | Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi. | |
Acts | Northern | 22:13 | O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm. | |
Acts | Northern | 22:14 | O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən. | |
Acts | Northern | 22:18 | və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”. | |
Acts | Northern | 22:19 | Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm. | |
Acts | Northern | 22:20 | Hətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”. | |
Acts | Northern | 22:21 | Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”». | |
Acts | Northern | 22:22 | Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: «Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!» | |
Acts | Northern | 22:24 | minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək istədi. | |
Acts | Northern | 22:25 | Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?» | |
Acts | Northern | 22:26 | Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: «Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır». | |
Acts | Northern | 22:27 | Minbaşı Paulun yanına gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli». | |
Acts | Northern | 22:28 | Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi. | |
Acts | Northern | 22:29 | Onu sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildilər. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu. | |