Site uses cookies to provide basic functionality.

OK
ACTS
Prev Up Next
Chapter 10
Acts Northern 10:1  Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi.
Acts Northern 10:2  Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi.
Acts Northern 10:3  Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!»
Acts Northern 10:4  Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu.
Acts Northern 10:5  İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
Acts Northern 10:6  O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır».
Acts Northern 10:7  Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı.
Acts Northern 10:8  Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
Acts Northern 10:9  Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı.
Acts Northern 10:10  O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı.
Acts Northern 10:11  O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi.
Acts Northern 10:12  Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi.
Acts Northern 10:13  Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!»
Acts Northern 10:14  Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm».
Acts Northern 10:15  Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə».
Acts Northern 10:16  Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
Acts Northern 10:17  Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb
Acts Northern 10:18  bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?»
Acts Northern 10:19  Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır.
Acts Northern 10:20  Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm».
Acts Northern 10:21  Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?»
Acts Northern 10:22  Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın».
Acts Northern 10:23  Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu.
Acts Northern 10:24  Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi.
Acts Northern 10:25  Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi.
Acts Northern 10:26  Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam».
Acts Northern 10:27  Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb.
Acts Northern 10:28  Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi.
Acts Northern 10:29  Buna görə məni çağıranda etiraz etmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız?»
Acts Northern 10:30  Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı
Acts Northern 10:31  və dedi: “Ey Korneli, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı.
Acts Northern 10:32  İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır”.
Acts Northern 10:33  Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr etdiyi hər sözə qulaq asmağa hazırıq».
Acts Northern 10:34  Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir.
Acts Northern 10:35  Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur.
Acts Northern 10:36  O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı.
Acts Northern 10:37  Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi.
Acts Northern 10:38  Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi.
Acts Northern 10:39  Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər.
Acts Northern 10:40  Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi.
Acts Northern 10:41  Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi.
Acts Northern 10:42  Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək.
Acts Northern 10:43  Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».
Acts Northern 10:44  Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi.
Acts Northern 10:45  Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı;
Acts Northern 10:46  onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi:
Acts Northern 10:47  «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?»
Acts Northern 10:48  Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın.