ECCLESIASTES
Chapter 3
Eccl | Northern | 3:2 | Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı. | |
Eccl | Northern | 3:4 | Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı. Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı. | |
Eccl | Northern | 3:5 | Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı. Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı. | |
Eccl | Northern | 3:8 | Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı. Müharibənin öz vaxtı, sülhün öz vaxtı. | |
Eccl | Northern | 3:11 | Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. | |
Eccl | Northern | 3:12 | Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. | |
Eccl | Northern | 3:14 | Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun. | |
Eccl | Northern | 3:15 | İndi nə olursa, keçmişdə də olub, Nə olacaqsa, lap qədimdən də var idi. Allah olub-keçənləri araşdırır. | |
Eccl | Northern | 3:16 | Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik. | |
Eccl | Northern | 3:17 | Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”. | |
Eccl | Northern | 3:18 | İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”. | |
Eccl | Northern | 3:19 | Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. | |
Eccl | Northern | 3:21 | Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir? | |