Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next
Chapter 28
Matt Northern 28:1  Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər.
Matt Northern 28:2  Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu.
Matt Northern 28:3  Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi.
Matt Northern 28:4  Keşikçilər qorxudan titrəyib ölü kimi oldular.
Matt Northern 28:5  Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm.
Matt Northern 28:6  O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün.
Matt Northern 28:7  Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim».
Matt Northern 28:8  Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar.
Matt Northern 28:9  Amma budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar.
Matt Northern 28:10  İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər».
Matt Northern 28:11  Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər.
Matt Northern 28:12  Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib dedilər:
Matt Northern 28:13  «Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar.
Matt Northern 28:14  Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq».
Matt Northern 28:15  Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır.
Matt Northern 28:16  On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi.
Matt Northern 28:17  İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi.
Matt Northern 28:18  İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.
Matt Northern 28:19  Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;
Matt Northern 28:20  sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».