Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 15
Matt Northern 15:1  Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər:
Matt Northern 15:2  «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?»
Matt Northern 15:3  İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz?
Matt Northern 15:4  Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.
Matt Northern 15:5  Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə,
Matt Northern 15:6  onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz.
Matt Northern 15:7  Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:
Matt Northern 15:8  “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır.
Matt Northern 15:9  Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
Matt Northern 15:10  İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin.
Matt Northern 15:11  Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir».
Matt Northern 15:12  O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər».
Matt Northern 15:13  Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq.
Matt Northern 15:14  Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».
Matt Northern 15:15  Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et».
Matt Northern 15:17  Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?
Matt Northern 15:18  Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər.
Matt Northern 15:19  Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.
Matt Northern 15:20  İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».
Matt Northern 15:21  İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi.
Matt Northern 15:22  Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı.
Matt Northern 15:23  İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar.
Matt Northern 15:24  Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm».
Matt Northern 15:25  Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et».
Matt Northern 15:26  İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».
Matt Northern 15:27  Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir».
Matt Northern 15:28  O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.
Matt Northern 15:29  İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu.
Matt Northern 15:30  Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi.
Matt Northern 15:31  Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.
Matt Northern 15:32  İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər».
Matt Northern 15:33  Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?»
Matt Northern 15:34  İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var».
Matt Northern 15:35  Onda İsa camaata əmr etdi ki, yerə otursunlar.
Matt Northern 15:36  Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi.
Matt Northern 15:37  Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.
Matt Northern 15:38  Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi.
Matt Northern 15:39  İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.