Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 1
Matt Northern 1:1  Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi:
Matt Northern 1:2  İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi.
Matt Northern 1:3  Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi.
Matt Northern 1:4  Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.
Matt Northern 1:5  Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi.
Matt Northern 1:6  Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi.
Matt Northern 1:7  Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi.
Matt Northern 1:8  Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi.
Matt Northern 1:9  Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi.
Matt Northern 1:10  Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi.
Matt Northern 1:11  Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi.
Matt Northern 1:12  Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi.
Matt Northern 1:13  Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi.
Matt Northern 1:14  Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi.
Matt Northern 1:15  Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi.
Matt Northern 1:16  Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu.
Matt Northern 1:17  Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.
Matt Northern 1:18  İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu.
Matt Northern 1:19  Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü.
Matt Northern 1:20  Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır.
Matt Northern 1:21  Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək».
Matt Northern 1:22  Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi:
Matt Northern 1:23  «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir.
Matt Northern 1:24  Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi.
Matt Northern 1:25  Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.